YAP-a birləşən təşkilatın sədri: “Hakim partiya manevr etməlidir”
Fidan Həmişəyeva
15:58 17.03.2021
Müsahibə
952
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar 7-ci qurultayı bir çox hadisə ilə yadda qaldı. Xüsusilə, 6 siyasi partiyanın YAP-a birləşməsi cəmiyyətdə böyük maraqla qarşılandı. Həmin partiyalardan biri Azərbaycan Xalq Demokrat Partiyasıdır (AXDP).
“Sherg.az”olaraq AXDP-nın rəhbəri Rafiq Turabxanoğlu ilə həmsöhbət olub YAP-a qoşulmaqları barədə danışdıq.
Zəngimizə cavab verən partiya rəhbəri Ağdamda olduğunu söylədi:
-Elə bu dəqiqə avtobusdayıq. Ağdama gəlmişik. İndi digər yerlərə də gedəcəyik. Buranı gözlərimizlə gördük, xalqımıza qarşı böyük bir vəhşilik edilib.
-İmkanınız varsa, qısa vaxtınızı alardım
-Əlbəttə, buyurun
-YAP-a qoşulmağınız hansı zərurətdən irəli gəldi?
-Dəfələrlə demişəm ki, Azərbaycanda mövcud olan problemlərin həlli üçün müəyyən qurumlar yaradılmalıdır. Azərbaycanın siyasi dünya müstəvisində yeri möhkəmləndirilməlidir. Liberal dəyərlər üçün qrup olmalıdır. Gözləyirəm ki, inkişaf etmiş ölkələrdəki kimi bizdə də bu vəziyyət düzəlsin. Bu gün həqiqətən də millətimiz əziyyət çəkir. Dediyim qurumlar ona görə vacibdir ki, müvafiq işləri görə bilmək üçün dövlət büdcəsi yönəlməli və ora kadrlar hazırlanmalıdır. Kadrlar isə həmin qruplarda yetişdirilməlidir. Gələcəkdə xalqa öz platformalarını bəyan etməlidirlər. Yoxsa birdən-birə nəsə istəməklə əldə etmək olmur. İstəyirəm ki, Azərbaycanda ilk olaraq yekdillik olsun. Nə qədər ağır olsa da, illər keçsə də torpaqlarımız azad edilib. Bunu möhkəmləndirmək üçün müəyyən manevrlərin edilməsini vacib hesab edirəm. Həmin manevrləri isə YAP və digər partiyalar da etməlidir.
-Bundan sonra hakim partiyadakı fəaliyyətinizi necə qurmağı düşünürsünüz?
-Xalqımızın və dövlətimizin problemlərini görmək, bunu xalqa bəyan etmək lazımdır. Xalq da bilsin ki, nə var nə yox. Əksər ziyalımız sovet dönəmində yetişib. Lakin hələ ki, eyni sinfi mübarizədən başqa istiqamətə yönələ bilmirik. Bunları aradan qaldırmaq lazımdır.
Müvafiq işlərin görülməsi üçün proqramlar hazırlanmalıdır. Elə imkanım yoxdur ki, kiməsə nəsə təklif edim. Görünür, cənab Prezident tərəfindən müvafiq təkliflər veriləcək. Məsələn, bu gün 3 avtobus Ağdama gəlib, çoxlu sayda insan azad olunan torpaqlarımıza baş çəkir. Bunların hamısı mənim üçün böyük işlərdir.
-AXDP-nin üzvləri YAP-a birləşməyi necə qarşıladı?
-Hər kəsin razılğı oldu. Hansısa bir arqument yoxdursa, etiraz etmək mənasızdır. Qərar qəbul edilib, partiyamızın Ali İdarə Heyətində məsləhətçi var. Partiyamızda verilən qərara etiraz edən şəxs yoxdur. Məntiqi şəkildə YAP-a birləşməyə razılıq verilib.
-YAP-a qoşularkən partiyanızın neçə üzvü var idi?
-Azərbaycanda rəsmi olaraq qeydiyyatdan keçmiş ən birinci partiyalardanıq. Ədliyyə Nazirliyi standartı neçə qoyubsa, üzvlərimizin sayı həmin standartlardan ikiqat artıq olub. Partiyamıza elə-belə gələn kimsə yoxdur. Müəyyən hissəsi rəhmətə gedib, yaşlanıb, gənc nəslimizə isə oxuyub informasiya yığmaqlarını söyləyirəm. Partiya üzvlərimizin hər biri dünyadan xəbəri olan şəxslərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Klopp "Real Madrid" rəhbərliyinə 5 futbolçu şərti irəli sürüb
08:44 28.04.2026
Futbol
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya