Sahil Babayev İordaniya səfiri ilə görüşüb
14:40 10.06.2024
Gündəm
357
Ötən il İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin ölkəmizdə keçirilən 5-ci konfransı çərçivəsində Təşkilatın Bakıda açılışı olan Əmək Mərkəzi İslam ölkələri arasında əmək, məşğulluq, sosial müdafiə, insan kapitalının inkişafı sahələrində əlaqələri genişləndirməyə xidmət edir.
Nazirlikdən verilən xəbərə görə, bu barədə İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşdə vurğulanıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla İordaniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanda son illər aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər barədə səfirə məlumat verilib.
İki ölkənin əmək və sosial müdafiə sahəsində əməkdaşlığının genişləndirilməsinin önəmi qeyd edilib. Bununla bağlı ikitərəfli əməkdaşlıq üçün sənəd layihəsinin də hazırlandığı bildirilib.
Ömər Bərəkət əl-Nahar ölkələrimiz arasında əlaqələrin daim inkişafda olmasının məmnunluq doğurduğunu, sosial sahədə də ikitərəfli əməkdaşlığın inkişafına töhfə vermək əzmində olduğunu diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında sosial sahədə gələcək əməkdaşlığa, habelə İƏT-in Bakıda yaradılmış Əmək Mərkəzinin üzv ölkələr üçün önəminə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm