“Panorama” restoranının fəaliyyəti məhdudlaşdırıldı
16:13 25.07.2025
Ölkə
431
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri çərçivəsində Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Panorama” restoranında yoxlama aparılıb.
Publika.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib.
Belə ki, yoxlama zamanı restoranda gigiyenik qaydalara əməl olunmadığı, istehlak üçün yararsız qida məhsullarının satışının həyata keçirildiyi, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət edilmədiyi, işçilərin tibbi müayinələrdən keçmədiyi, tullantıların vaxtında kənarlaşdırılmadığı və havalandırma sisteminin mövcud olmadığı aşkarlanıb.
Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb.
“Bu kimi halların baş verməməsi məqsədilə agentlik tərəfindən bütün ictimai iaşə obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
“Sağlam cəmiyyət ailədən başlayır” layihəsi çərçivəsində Sumqayıt Perinatal Mərkəzində növbəti dəyirmi masa keçirilib
16:25 20.07.2026
"Sağlam Ailə modeli-güclü gələcəyə zəmanədir" layihəsi çərçivəsində təlim keçirilib
13:45 20.07.2026
“Bələdiyyə fəaliyyəti – problemlər və perspektivlər” layihəsi çərçivəsində ilk tədbir keçirilib
12:36 20.07.2026
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət