Politoloq: Paşinyan erməni kilsəsini hökumətin nəzarətinə almağa çalışacaq
11:12 10.09.2025
Cənubi Qafqaz
426
Seçkilərin nəticələri bu mübarizənin gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər
Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini devirmək üçün B planına keçib.
Bu barədə “İravunk” qəzeti məlumat yayıb.
“Paşinyan B - kilsə daxilində xaos yaratmaq planına keçib. Məqsəd din xadimlərini bir-birinə qarşı qoymaqdır. Bunun üçün onlar din xadimləri arasındakı köhnə münaqişələrdən istifadə edəcəklər. Artıq bu məqsədlə kilsə rəhbərliyinin sıralarına xüsusi insanlar daxil edilib. Onların qarşısına qoyulan missiya kilsə daxilində münaqişələri qızışdırmaqdır.
Deyilənə görə, Paşinyanın proqramının kulminasiya nöqtəsi ruhanilər arasındakı münaqişənin açıq müstəviyə keçməsi olacaq”, - nəşr bildirib.
Xatırladaq ki, Ermənistan baş naziri bundan əvvəl dəfələrlə ölkənin baş keşişini istefa verməyə çağırıb. II Qaregini dini andlarını pozmaqda və kilsəyə xəyanətdə ittiham edən Paşinyan onun istefasına nail olmaq üçün lazımi addımların atılacağını da bəyan edib.
Politoloq Oqtay Qasımov Sherg.az-a söyləyib ki, Ermənistandakı "İravunk", "Hraparak" və oxşar nəşrlər əsasən Paşinyanın əleyhinədir:
"Bu nəşrlərdə yayımlanan məlumatlar tez-tez ictimai rəyi manipulyasiya etmək, dezinformasiya xarakterli xəbərlər yaymaq məqsədi daşıyır. II Qareginlə Paşinyan arasında kifayət qədər ciddi gərgin münasibətlər mövcuddur. Ermənistan Baş naziri katalikosu zəiflətməyə çalışır. Çünki II Qaregin və erməni kilsəsi də vaxtilə Paşinyana qarşı dövlət çevrilişi planlaşdırmaqda ittiham olunmuşdu. Seçkilərə qədər tərəflərin qarşıdurmanı davam etdirəcəyi gözlənilir. Həmçinin seçkilərin nəticələri bu mübarizənin gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Mənbələr tam etibarlı olmasa da, bu ehtimal daxilində nəzərdən keçirilə biləcək məsələdir. Xatırladaq ki, bir neçə il əvvəl Ermənistanda kilsə ilə hökumət arasında açıq şəkildə kəskin mübarizə gedirdi. Paşinyan o zaman II Qaregini bir sıra məsələlərdə, o cümlədən kilsə andını pozmaqda ittiham edirdi. Katalikos isə öz növbəsində Paşinyanın mövqelərinə qarşı çıxaraq tamamilə fərqli məsələlərdə açıqlamalar verirdi".
Analitikin sözlərinə görə, Ermənistan Baş naziri erməni kilsəsini hökumətin nəzarətinə almağa çalışacaq:
"Çünki bu dini mərkəz formal olaraq kilsə funksiyası daşısa da, əslində daha çox erməni millətçiliyini və terrorizmini dəstəkləyən, həm də Rusiya xüsusi xidmət orqanlarının təsiri altında olan bir qurumdur. Buna görə də Paşinyan həmin qurumun başqa ölkələrin təsirindən çıxarılaraq dövlətin nəzarəti altına salınmasında maraqlı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” son 10 ilin ən yaxşı göstəricisinə imza atıb
18:50 10.11.2026
Futbol
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region