“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Maliyyə dəstəyilə həyata keçirdiyi “Sağlam Ailə Modeli- Güclü Gələcəyə Zəmanətdir” layihəsi çərçivəsində iyun ayı dövründə ailələrə sosial, psixoloji, hüquqi yardımıar göstərilmiş, ailələrin dağılmasının, məişət zorakılığının qismən qarşısının alınması, onların mənəvi cəhətdən gücləndirilməsi istiqamətində müəəyyən fəaliyyətlər göstərmiş və nəticədə bir çox ailələrdə yaranan problemlərin qarşısı alınmış, ailələr milli-mənəvi dəyərlər mövzusunda maariflənmiş, ehtiyacı olan ailələrə: hüquqi, psixoloji, sosial dəstəklər göstərilmiş, ehtiyac olduqda onların hüquqları məhkəmə qaydasında müdafiə olunub.
1 iyun- Uşaqların Beynalxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt şəhər Bələdiyyə parkında inklüziv tədbir keçirilmiş, tədbirə ailələr dəvət olunub.
22.06.2026-cı il tarixdə Ailədaxili münasibətlərdə sağlam ünsiyyət mövzusunda təlim keçirilib. Təlimdə gənc və orta nəsil ailələr və subay xanım və bəylər dəvət olunub. Mövzu ilə bağlı təlim iştirakçıları aktiv iştirak edib və mövzu ilə bağlı diskussiya aparılıb. Bundan əlavə, müxtəlif instansiyalara rəsmi müraciətlərin, ərizələrin, məktubların yazılması, ailələrə sosial yardımların göstərilməsi və s. həyata keçirilib.
-Hüquqi yardım : 29 nəfər ( boşanma, ailmentin təyini və artırılması, uşaqla ünsiyyət hüququnun təmin edilməsi, mülkiyyət hüququ, qəyyumluqla bağlı mübahisələr və s.)
-Psixoloji dəstək: 15 nəfər ( ailə daxili münaqişələr, özgüvən hissinnin olmaması, insanlarla ziddiyyət problemi, ailənin dağılmaması üçün dəstək, cəmiyyət içində özünü ifadə edə bilməməsi, potensial qurban ola biləcək insanlarla iş və s.)
-Geyim və məişət əşyaları ilə təminat – 48 ailə
Təşkilatın əməkdaşları daimi olaraq saytlarda ( KİV-də), canlı yayımlarda, ailələrin maarifləndirilməsi istiqamətində maarifləndirici yazılar və çıxışlar ediblər.