Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi tərəfindən icra olunan “Sağlam ailə modelinin təşviqi” adlı layihənin icrası davam edir.
QHT.az xəbər verir ki, layihənin fəaliyyət planına uyğun olaraq Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində ilk seminar keçirilib. Seminarda Şirvan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Rəfail Nəsirov, kollecin tələbələri və müəllimləri iştirak ediblər.
Layihə rəhbəri layihə haqqında məlumat verdikdən sonra Rəfail Nəsirov giriş sözü ilə çıxış edib. Sonra seminar iştirakçılarına videoformatda təqdimat göstərilib. Təqdimatdan sonra tələbələr müzakirələrə qoşulub, ailə dəyərləri barədə fikirlərini səsləndiriblər. Seminarın sonunda Kollecin müəllimi Aidə xanım tələbələrə öz dəyərli tövsiyyələrini çatdırıb.
Çay fasiləsi zamanı da müzakirələr davam etdirilib.
