Paşinyan Qarabağın gec-tez Azərbaycana qaytarılacağını yaxşı anlayır”


“Paşinyan və onun formalaşdırmağa çalışdığı siyasi komanda o qədər də güclü deyil ki, Dağlıq Qarabağ məsələsində qərarlı davrana bilsin”

Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. 

Ekspertin sözlərinə görə, Paşinyan sələflərindən fərqli olaraq Qarabağın gec-tez Azərbaycana qaytarılacağını yaxşı anlayır: 



“Ona görə də problemin daha tez həllində maraqlıdır ki, xalqı və ölkəsi inkişaf yoluna qədəm qoya bilsin. 

Ancaq Ermənistandakı ümumi ictimai rəy, həmçinin keçmiş prezidentlərin əlindəki təsir imkanları çox güclüdür. Paşinyan küçədəki qaragüruhun rəyi ilə hesablaşmağa məcburdur

O baxımdan radikal və daxili ictimai rəyə hesablanmış açıqlamalar verir, öz hakimiyyətini qorumağa çalışır.

Bu isə ondan xəbər verir ki, biz yaxın zamanda Ermənistanın işğalına indiki üsullarla son qoyula biləcəyinə şübhə ilə yanaşmalıyıq. 

O baxımdan Azərbaycan Prezidentinin ordu quruculuğu və ölkənin sabit, dayanıqlı inkişafı istiqamətində atdığı addımlar olduqca zəruridir.

Çünki sonda yəqin ki, torpaqlarımızı öz əsgərimizin canı və qanı bahasına azad etməyimiz lazım olacaq”.