“Nəhayət ki, Qarabağın Azərbaycanlı İcması beynəlxalq arenaya çıxdı”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Qarabağın Azərbaycanlı İcmasının ilk görüşlərini ABŞ-dan başlaması uğurlu seçimdir:
“Çünki, ABŞ-da erməni lobbisi daha güclüdür və burada qəbul edilən qərarlar digər dövlətlərdə də presedent olur. Qarabağın Azərbaycanlı İcmasının Los-Anclesdə Yəhudi dini kəsimi ilə əməkdaşlığı müsbət addımdır. Yəhudi lobbisi ilə əməkdaşlıq və onlarla birgə çalışmaq ABŞ-da Qarabağın Azərbaycanlı İcmasının ermənilər üzərində üstünlük qazancağına gətirə bilər. Gecikmiş olsa da, Qarabağın Azərbaycanlı İcmasının beynəlxalq fəaliyyəti və görüşləri təqdirəlayiqdir. Bu proses Avropa və Rusiyanı da əhatə etməli, ermənilərin yalan maşınının qarşısına mütləq çıxmalı idik. Çünki, Qarabağ icmasının siyasi və hüquqi legitimliyi beynəlxalq müstəvidə tanınması mütləqdir”.
Politoloq: "Bundan sonra Qarabağ münaqişəsinin nizamlanmasında Qarabağın Azərbaycanlı İcması həlledici faktor olacaq"
Ekspertin sözlərinə görə, Minsk Qrupunun həmsədrləri təktərəfli şəkildə Qarabağda referendumun keçirilməsini qaldırır, azərbaycanlı icmanı görməzlikdən gəlirdi:
“Ona görə də Azərbaycanlı İcmasının beynəlxalq fəaliyyəti olduqca vacibdir. Bundan sonra Qarabağ münaqişəsinin nizamlanmasında Qarabağın Azərbaycanlı İcması həlledici faktor olacaq”.