"İşğalçıya nota ilə cavab verməyin vaxtı çoxdan keçib" - SƏRT AÇIQLAMA

“Azərbaycana meydan oxuyan erməniləri qanına bələyib ərazi bütövlüyümüzü təmin etməliyik”


Mayın 21-də separatçıların qondarma prezidentinin “andiçmə mərasimi” keçirilib. "İnauqurasiya mərasimi" üçün Şuşa şəhəri  seçilib. Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti də iştirak edib.

Qondarma andiçmə mərasimi Azərbaycan ictimaiyyəti tərəfindən  Paşinyanın növbəti təxribatı kimi dəyərləndirilir.     Ermənistan bir növ özünü Qərbə yamamaq üçün demokratik dövlət kimi görünməyə çalışır ki, özlərini  dünyaya demokratıq, lakin ermənilərin Azərbaycanın rəhbərliyi altında qalmasından ehtiyyat edirik, çünki orada insan hüquqları pozulur və.s. 

Azərbaycanın güclü və yüksək səviyyəli döyüş qabiliyyətnə malik orduya sahib olduğunu vurğulayan millət vəkili Elman Məmmədovun fikrincə separatçıların bu həyasızlığı cavabsız qalmamalıdır. Düşmənin “andiçmə mərasimi”ni Şuşada keçirməsini Azərbaycana qarşı “əzələ nümayişi” olduğunu vurğulayan deputat deyib ki,  Azərbaycan Ordusu özünün imkanlarından istifadə edib Paşinyan qarışıq Şuşaya yığışan bütün erməniləri məhv etməlidir:



“Onların özbaşınalığına, torpaqlarımızın sahibiymiş kimi davranmalarına etiraz, nota ilə cavab vermək vaxtı çoxdan keçib. Neçə illərdir beynəlxalq qurumlar Azərbaycana mənasız məsləhətlər verməklə baş qatır.  Deyirlər ki, müharibə etmək lazım deyil. Münaqişənin sülh və danışıqlar yolu ilə həll olunmasını istəyirlər. Vaxtaşırı boğazdanyuxarı bəyanatlar verməklə status-kvonun saxlanmasında Ermənistanın maraqlarına xidmət edirlər. Sözdə isə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırlar”.

E.Məmmədov hesab edir ki, Şuşada “andiçmə mərasimi” keçirib, Azərbaycana meydan oxuyan erməniləri qanına bələyib ərazi bütövlüyümüzü təmin etməliyik:

“Vəssalam, bunun alternativi yoxdur. Əks halda Dağlıq Qarabağdakı qondarma qurum orada istədikləri kimi at oynatmağa davam edəcəklər” 

Qeyd edək ki, aprelin 15-də keçirilmiş seçkilərin ikinci turunun nəticələrinə görə, qalib olan Arayik Harutyunyan "rəsmən" sözügedən vəzifəni tutacaq.