Erməni təxribatları davam edir ! –“Mütləq zərbə alacaqlar!”

 “Bir ordunun diversiya-kəşfiyyat qrupunun rəhbəri əsir düşürsə, həmin ordunun nə vəziyyətdə olduğunu təsəvvür etmək olar"

“Leytenant Qurgen Alberyanın əsgərlərimiz tərəfindən əsir götürülməsi Ermənistan ordusu üçün böyük biabırçılıqdır”



"Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun avqustun 23-də Goranboy rayonu istiqamətində təxribat törətmək cəhdi ermənilərin Tovuz istiqamətində məruz qaldıqları uğursuzluğun qisasını almaq niyyətindən başqa bir şey deyil". 

Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Əziz Ələkbərli deyib.  Deputatın fikrincə,  baş verənlər sübut eləyir ki, ermənilər rasional düşüncə hissini artıq itiriblər, özünü divardan-divara çırpan yaralı heyvan vəziyyətindədirlər: 

"Sabah və birisi gün başqa bir bölgədə təxribat törədə biləcəkləri də istisna deyil. Adətən, belə vəziyyətdə güclü zərbə aldıqdan sonra ağılları başlarına gəlmək ehtimalı var. Hesab edirəm ki, bu təxribatlar onlar bu zərbəni alana qədər davam edəcək, bu zərbəni də mütləq alacaqlar.  

Goranboy istiqamətindəki təxribat nəticəsində diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alberyanın əsgərlərimiz tərəfindən əsir götürülməsi isə Ermənistan ordusu üçün böyük biabırçılıqdır.

Bundan böyük biabırçılıq isə Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın bu hadisəyə “zabit Qurgen Alberyan pis hava şəraitində azıb və itib, onun axtarışı aparılır” kimi gülünc izahat verməsidir. Bir ordunun diversiya-kəşfiyyat qrupunun rəhbəri əsir düşürsə, həmin ordunun nə vəziyyətdə olduğunu təsəvvür etmək olar".

Ermənilərin Minskdə “sülh danışıqlarının bərpasına hazır” odluqlarını bəyan etmələrinə və az sonra onu bu şəkildə pozmalarına gəlincə, Ə. Ələkbərli deyib ki  buna təbii baxmaq lazımdır:

"Çünki qarşımızdakı ermənidir, ermənilərin sözünə heç vaxt etibar və etimad etmək olmaz. Bunun biz dəfələrlə şahidi olmuşuq. 1918-ci ildə İrəvanı siyasi mərkəz kimi alanda da söz vermişdilər ki, Azərbaycana bir daha ərazi iddiasında olan deyillər, amma heç 15 gün keçmədi, istəklərini əldə edən kimi Azərbaycan kəndlərinə hücum etdilər.

Belə faktlar istənilən qədərdir. Ermənilər, bəlkə də, yer üzünün ən yalançı, riyakar toplumudur, bəşəriyyətin üz qarasıdır, onlarda qəribə bir köpək xisləti var. Zəncirdən açanda hər kəsə hürür, hər kəsi qapır, zincirə vuranda itaətkar olurlar. Məncə, artıq onları zincirə vurmağın vaxtı çatıb".