Qarabağda yeni risk! – "Terrorçu xunta toplantılar keçirir” – Muradov şərait yaradır!

“Rusiya rəhbərliyi dərk etməlidir ki, sülhməramlıların belə davranışı Azərbaycan-Rusiya münasibətlərində problemlər yarada bilər” 


"Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyəti yarıtmazdır. General-leytenant Rüstəm Muradovun komandanlıq etdiyi heyət Qarabağda operativ fəaliyyət nəzarəti arealında erməni cinayətkarların, rəsmi Bakının beynəlxalq axtarışa verdiyi şəxslərin asudə hərəkətini təmin edir".
"Sherg.az" xəbər verir ki, bu sözləri tanınmış jurnalist Elçin Alıoğlu Feysbuk hesabında paylaşıb.
O, həmçinin , Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun Xankəndinə səfəri, üçtərəfli bəyanatda nəzərdə tutulmuş 1960 rusiyalı hərbçi üçün gərəkdiyindən artıq kazarmalar, postlar və s.-nin inşa edilməsini də anormallıq hesab edir:



"Bilavasitə rusiyalı sülhməramlıların "fəaliyyət"i nəticəsində Qarabağın hələlik Bakının nəzarətində olmayan ərazisində terrorçu xunta özünü rahat hiss edir, toplantılar keçirir, binalar tikir. 

Halbuki general-leytenant Muradov ermənilərə sərbəst şərait yaratmasaydı, banderloqlar bir araya gələ də bilməzdilər.

Rusiya rəhbərliyi gec də olsa, dərk etməlidir ki, sülhməramlıların belə davranışı Azərbaycan-Rusiya münasibətlərində problemlər yarada bilər. 
Belə problem isə Qarabağda yeni risklərin bünövrəsinə çevrilə bilər".