Təklif  alqışlandı:“Metro stansiyalarına “Şərqi Zəngəzur” və “Qərbi Zəngəzur” adlarının verilməsi...”

“İşğal altında olan xüsusilə başqaları tərəfindən özününküləşdirilməyə cəhd edilən toponimlərin yenidən xalqın diqqətinə çartdırılması, yaddaşlarında təzələnməsi çox əhəmiyyətlidir”

“Metro stansiyalardan təkcə Azərbaycan vətəndaşları deyil, ölkəyə qonaq gələnlər də istifadə edirlər. Bu təklifi dəstəkləyirəm” 


“Yeni tikilən metro stansiyalarından birinə "Şərqi Zəngəzur", o birinə isə "Qərbi Zəngəzur" adı verilməlidir”. Bu barədə”Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov öz Feysbuk hesabında təkliflə çıxış edib. Onun sözlərinə görə, "Şərqi Zəngəzur" stansiyasında elan verilir ki, növbəti dayanacaq "Qərbi Zəngəzur":

“Yaddaşlarımızda birdəfəlik möhkəmlədirlməlidir və hər kəs bilməlidir ki, əvvəl axır belə də olacaq”.
Təklifli “Sherg.az”a dəyərləndirən tarixçi-alim Boran Əzizli bildirib ki, metro stansiyalara qədim torpaqlarımızın adlarının verilməsini doğru addım hesab edir:

“Ümumiyyətlə, işğal altında olan xüsusilə başqaları tərəfindən özününküləşdirilməyə cəhd edilən toponimlərin yenidən xalqın diqqətinə çartdırılması, yaddaşlarında təzələnməsi çox əhəmiyyətlidir. Metrostansiyalar da bu mövzuda xüsusi yer tutur. Çünki metro stansiyalardan təkcə Azərbaycan vətəndaşları deyil, ölkəyə qonaq gələnlər də istifadə edirlər. Bu təklifi dəstəkləyirəm”.