“Azərbaycanlı mütəxəssislərin Qarabağa səfəri Kremlin xoşuna gəlməyib”



Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub.
Görüş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbul Evində baş tutub. 
S.Lavrov bəyan edib ki, Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır.
Azərbaycanın xarici işlər naziri C.Bayramov öz növbəsibdə vurğulayıb ki Azərbaycan ilə Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında aktiv dialoqun sübutudur:
O xatırladıb ki, bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.
“Bugünkü müzakirələrin əsas mövzusu münaqişədən sonrakı məsələlər, həmçinin üçtərəfli bəyanatların müddəalarının icrası olacaq”
Görüşü dəyərləndirən siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a bildirib ki, Azərbaycanın son illərdə Rusiyanın Qafqazdakı siyasətindən fərqli mövqe sərgiləyir:

"Ekologiya nazirliyinin nümyəndəlirinin sivil qaydada Qarabağa səfər etməsi Kremlin xoşuna gəlməyib. Bu mövzu isə Lavrovla Bayramov arasındakı görüşdə müzakirə predmeti olacaq. Diqqət etsək görərik ki, Azərbaycan tərəfi Avropanın ən çox üstündə durduğu bir mövqe üzərindən Xankəndinə girdi. Bu isə ekologiya və təbii sərvətlər problemidir. Moskvanın heç öz ərzilərində belə ekologiyaya diqqət etmədiyini yaxşı bilirik. Qaldı ki, yad bir ölkədə nəzərə alsın. Buna görə də onlar belə həmləni gözləmirdilər. Digər tərəfdən Lavrov və Bayramov görüşündə Azərbaycanın ekoloji tərəfdən Qarabağdakı separatçılara təzyiq göstərməsi, onlar üçün qapının açılması və hesabatın verilməsi məsələsinin müzakirə olunması ehtimalı var.  Yəni rəsmi Moskva öz istəklərini dilə gətirəcək. Onların istəkləri isə münaqişə həll olmadığı müddətdə, ekologiya və təbii sərvətlərlə bağlı məsələlərin qaldırılmamasıdır. Bakının bunu necə qiymətləndirəcəyini isə zamanla öyrənəcəyik".