Zəfər günü tamaşası: Möhtəşəm təşəbbüs

  “Panda School” Qara Qarayev filialı möhtəşəm təşəbbüsə imza atır. 8 və 9 noyabr tarixlərində saat 11:00-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Zəfər günü tamaşası nümayiş olunacaq. Tədbirlə bağlı "Panda School" Qara Qarayev filialının rəhbəri Ruhiyyə xanım “Şərq”ə danışıb.

  “Rəhbərliyini etdiyim "Panda School" Azadlıq filialı-1 2020-ci il 1 yanvar tarixindən fəaliyyətə başlayıb. 2 il sonra 2022-ci il 11 iyun tarixində 2-ci filialı olan "Panda School" Azadlıq-2 filialı açıldı. Yüksək idarəçilik və savadlı müəllim kadrları nəticəsində uğura addımlayan "Panda School" 2023-cü il 16 sentyabr tarixində 3-cü filialı olan "Panda School" Qara Qarayev filialının açılışını etdi. Fəaliyyətə başladığımız gündən etibarən bir çox tədbirlərə ev sahibliyi edən Qara Qarayev filialımızda yenidən çox qürurverici bir tədbir həyata keçiriləcək. Təbdirdə 4 medal sahibi, Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində könüllü iştirak edən Əliyev Nurxan Bəhrəm oğlunun həyatı səhnələşdiriləcək. 

 
Təbdirə tamaşa etmək istəyən hərkəs Qara Qarayev filialımız ilə əlaqəyə keçə bilər. Tədbirdən əldə olunan gəlirlər qazilərimizə yardım məqsədilə bağışlanacaq. Ömrümüzün sonuna qədər ödəyə bilməyəcəyimiz bir borcumuz varsa, o da qazi və şəhidlərimizin boynumuzda olan haqqıdır. "Panda School" olaraq vətənpərvərlik ruhunda silsilə tədbirləri bundan sonra da keçirməyə davam edəcəyik.