“Allah qismət eləməsin ki, Faiqə çay verim” - Nadir
“Allah qismət eləməsin ki, Faiqə çay verim” - Nadir
09:13 25.09.2024
Şou
642
Müğənni Nadir Qafarzadə Xalq artisti Faiq Ağayevin “Xəzər axşamı” verilişində söylədiyi “Toy mərasimində Nadir hörmətindən və sevgisindən mənə çayı belə gətirirdi” fikirlərə sərt şəkildə münasibət bildirib.
OLAY yazır ki, bununla bağlı sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.
Qafarzadə bildirib ki, Ağayevin bu sözləri ona pis təsir edib:
“O söhbətdə çay söhbətinin yeri yox idi. Bu söhbətə görə özümə iki gün gələ bilmədim. Axı o verilişdə ümumiyyətlə söhbət çaydan getmirdi. Mövzu belə başqa idi. Deyir ki, Nadir mənə gənc vaxtlarında çay verib. Əslində, Faiqlə mən eyni yaşdayıq. Gənc necə olur? Lap sənə çay vermişəm, onu vurğulamaq olmaz. Lazım olsa, mən yenə də ona çay verərəm. Allah ona qismət eləməsin ki, mən ona çay verim. Yəni özü özünə çay süzə bilsin. Lazım olsa hamıya çay verərəm burada ayıb bir şey yoxdur. Faiq mənim bu sözü ilə çox xətrimə dəydi. İki gündür ki, yata bilmirəm. Gecə yuxudan ayılıb yenidən onu görürdüm. Çay vermək əksiklik deyil. Amma onu vurğulamaq və qulağa “soxmaq” olmaz. Mən dünən müsabiqələrdən çıxan uşaq deyiləm. Mən artıq qayınatayam, el və xalq arasında bir nüfuzum, hörmətim var. Mən hörmətli ailələrin, kişilərin məclislərinə gedirəm. Məni bu sözlərlə cılızlaşdırmaq olmaz. Təkcə Faiqə yox, hamıya deyirəm, danışanda ehtiyatla danışın. Bu gün çox sakitəm. Sadəcə dedim ki, hamı eşitsin. Siz hörmətlə başqa yaltaqlığı səhv salmayın. Mən yaltaq olsaydım… Özümü ömrüboyu tanıyan oğlan olmuşam. Yaltaq olmadığıma görə də yerimdə addımlayıram. Məni heç kimlə səhv salmayın. Bu söhbətlər təkcə Faiqə aid deyil. Allah can sağlığı versin. Oktyabr ayının 5-də böyük bir məclisdə ikimiz də iştirak edəcəyik. Orada böyük məmnuniyyətlə Faiq Ağayevi təqdim edəcəyəm. Amma bilsin ki, o xətrimə dəyib. Amma kin yoxdur. Çünki həyat davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdamın əsl dirçəlişi indi başlayır - ŞƏRH
13:21 20.11.2026
Gündəm
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
12:59 20.11.2026
Media
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
12:49 20.11.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
12:25 20.11.2026
Gündəm
SEPAH: Döyüşə hazırıq, coğrafi məhdudiyyət olmadan vuracağıq
12:15 20.11.2026
Dünya
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil