
Suverenlik Günümüz qürur və qəhrəmanlıq səhifəmizdir
03:11 18.09.2025
Qarabağ
539
140 min vətəndaşımız 2026-cı ilin sonunadək azad edilən torpaqlara qayıdacaq
Bir neçə gündən sonra Dövlət Suverenliyi Günü qeyd ediləcək. Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir.
Eyni zamanda Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır. Azərbaycan 44 günlük Vətən Müharibəsi və 24 saatlıq anti-terror əməliyyatı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ərazi bütövlüyü və suverenliyini bərpa etməklə Azərbaycan 30 illik Ermənistan işğalına son qoydu. İşğal müddətində tamamilə dağıldmış Qarabağ artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ suveren Azərbaycanda yeni inkişaf drayverinə çevrilməkdədir. Böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait ayrılıb. Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarına bərpa edir və yenidən qurur. Yalnız 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq. Bütün bunlar isə əsasən daxili maliyyə mənbələri hesabına reallaşır. Bu suverenliyini tam bərpa etmiş Azərbaycanın gücünü göstərir.
Millət vəkili Azər Badamov Sherg.az-a deyib ki, Dövlət Suverenlik Günü qəhrəmanlıq tariximizdir. Deputat vurğulayıb ki, 19-20 sentyabr 2023-cü ildə şanlı ordumuzun keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatçılığın kökünü kəsildi:

"Separatçılıq yuvası düşünülmüş şəkildə 100 il əvvəl torpaqlarımıza virus kimi bulaşdırılmışdı. Qarabağa doldurulmuş separatçılar mütəmadi öz çirkin niyyətlərini həyata keçirməyə çalışıblar. Nəhayət 1991-ci ildə sovet rus qoşunlarının dəstəyi ilə öz niyyətlərinə çatıblar və torpaqlarımızın 20 faizini işğal edərək dövlətimizin konstitusion hüquqlarını pozublar. 30 il işğala və soyqırımlara məruz qalaraq gözümüz kölgəli yaşayırdıq. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi nəinki bizi bu bəladan qurtardı, son 200 ildə ilk dəfə olaraq xalqımızın qalib millətə çevirdi. Ona görə Zəfər gününü, Dövlət Suverenliyi gününü xüsusi qeyd etməyə, bununla fəxr, qürur duymağa tam haqqımız çatır. Son 80 ildə dünyada öz gücü ilə ərazilərində suverənliyini bərpa edən ikinci dövlət, xalq olmayıb. Hazırda işğaldan azad olunmuş ərazilər yenidən qurulur və bərpa olunur. 30 il bizdən uzaq düşmüş yurdlarımıza keçmiş məcburi köçkünlərimiz başını uca tutaraq qayıdırlar. Dövlət başçımız mütəmadi yeni yaşayış məntəqələrinin təməlini qoyur, öz yurduna qayıdan ailələrlə görüşür. Bu, xalqımıza ruh və qürur verir. Xankəndi şəhəri yenidən qurulmaqla yanaşı, tələbə şəhərciyinə çevrilir. Qarabağ Universiteti bu ildən yeni açılmış tibb fakültəsində həkimlər də hazırlayacaq. Suverenlik Günümüz qürur və qəhrəmanlıq səhifəmizdir. Azərbaycan dövlətinin suverənliyi Prezident İlham Əliyevin rəhbərliyi altında möhkəm və əbədi olacaq. Çünki, cənab Prezident suverənliyimizin bugününün və gələcəyinin konturlarını cızıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya