54 gün erməni mühasirəsində qalmış şəxslərin bir qrupunun Kəlbəcər və Laçına səfəri başlayıb - FOTO
Yusif Nəzərli
10:23 14.07.2022
Qarabağ
593
1993-cü ilin mart ayının 30-dan may ayının 23-dək - 54 gün erməni mühasirəsində qalmış şəxslərin bir qrupunun Kəlbəcər və Laçın rayonlarına səfəri başlayıb.
“Report”un Kəlbəcər və Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, yerli sakinlər 29 ildən sonra ilk dəfə dədə-baba yurdlarına qayıdıblar.
Səfər zamanı Laçının Oğuldərə kəndinin sakinləri vaxtilə mühasirədə qaldıqları ərazilərə gəlib, yaşadıqları çətin günləri bir-biri ilə bölüşüblər.
Onlar söhbət zamanı düşmənə görünmədən, erməni yaraqlılarından necə yayınaraq xilas olduqları barədə danışıblar.
Bildiriblər ki, Laçın rayonunun Oğuldərə kəndi 1993-cü ilin mart ayının 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndə məcburi olaraq öz doğma yurdlarından çıxmağa məcbur olublar. Həmin vaxt Laçın və Kəlbəcər rayonlarının mərkəzi və ətraf kəndləri düşmən tərəfindən ələ keçirildiyi üçün 19 nəfər burada mühasirədə qalıb.
Qeyd ediblər ki, 54 gündən sonra isə Laçının Güləbird kəndi ərazisinə gələrək mühasirədən xilas olublar.
Xatırladaq ki, 1993-cü ilin mart ayının 30-dan may ayının 23-dək 19 nəfər - Əli Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəlov Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy, Saşa Ovçinnikov Laçın və Kəlbəcər rayonları ərazisində 54 gün erməni mühasirəsində qalıb.
Qeyd edək ki, müharibədə qalmış şəxslərdən biri olan Ə.Əliyev əzablı günlərdən bəhs edən “54 gün erməni mühasirəsində” kitabını yazıb. O, 2017-ci ilin iyul ayının 2-də vəfat edib.
Xatırladaq ki, səfərin təşkilatçısı “Global Media Group”dur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi