“Azərbaycan və Türkiyə Mehri yolu ilə birləşməlidir”- Geosiyasi vəziyyət dəyişir
Banuçiçək Kalbalıyeva
11:46 27.10.2020
Qarabağ
961
Cəbhədən gələn şad xəbərlər, ordumuzun əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, tarixi qələbə uzaqda deyil. Biz otuz ildən sonra, nəhayət ki, Qarabağa qovuşacağıq. Buna daha heç kimin şübhəsi yoxdur. Və Azərbaycanın bu qalibiyyəti həm də bir sıra geosiyasi məqamlarla nəticələnəcək. Təkcə region yox, dünya dəyişəcək.
İlk növbədə ermənilər kim olduqlarını başa düşəcəklər. İkinci bir tərəfdən isə onlara qucaq açan havadarları yanıldıqlarını anlayacaq. Və dünya güclərinin maraqlarında indi başqa prioritetlər, məsələlər dayanacaq. Elə isə tarixi ədalətin, haqqın diktəsi ilə türklərin dəyişdirdiyi dünya, geosiyasət necə olacaq?
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu barədə fikirlərini “Sherg.az”a bildirib. O, məsələnin ən yaxın müddətdə həllini tapacağını düşünr:
“Hərbi əməliyyatların uzun müddət davam edəcəyini düşünmürəm. Belə bir ehtimal yoxdur. Əksinə, müharibə yaxın vaxtda sona çatacaq. Biz otuz günə 4 şəhəri, 3 qəsəbəni, 162 kəndi azad etdik. Və müddət ərzində düşmənə texnika, şəxsi heyət baxımından xeyli itki verdik. Deməli, qarşı tərəfin gücü artıq tükənir. İşğalçını seperat sülhə məcbur edə bilərik. Hərçənd, bununla razılaşacağına inanmıram. Onlar elə millətdirlər ki, son adamları ölənədək vuruşacaqlar. Hələ bir də gördüz, yüz il sonra “soyqırım” qeyd etdilər. Amma dediyim kimi, haqlı mübarizəmizin qalibiyyətlə başa çatmasına az qalıb”.
Ə. Əlibəyli, həmçinin müharibədən sonrakı dövr haqqında da danışıb:
“Ermənistana təklif etmək lazımdır ki, Mehridən iqtisadi dəhliz açsın. Beləliklə, Naxçıvan Azərbaycanla birləşdirilməlidir. Bu həm də Rusiyanın, Türkiyənin, hətta uzaq Çinin marağındadır. Təkrarlayıram, hazırkı proseslər situativ xarakter daşıyır və yaxın zamanda bitəcək. Azərbaycan ərazi bütövlüyünü təmin edəcək. Ermənistanda hakimiyyətə kim gəlsə onun bircə xilas yolu var- qonşu ölkələrlə inteqrasiya və iqtisadi dəhlizin açılması. Əks halda biz Mehrini fiziki olaraq özümüzə birləşdirmək hüququmuzdan yararlana bilərik. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti ona xeyli iqtisadi ziyanlar vurub. Amma biz də iqtisadi zərərlərin qarşısını almağa çalışmalıyıq. Zəngilanla Türkiyə arasındakı sərhəd 187 kilometrdir. Mehri dəhlizinin eni 33 kilometrdir. Bakı-Tblisi-Ceyhan kəmərinin uzunluğu 1768 kilometrdir. Əgər torpaqlarımız azad olunsa, bu sərhəddin uzunluğu cəmi 200 kilometr ola bilər. İndilik isə mütləq Azərbaycan, Türkiyə və Naxçıvan iqtisadi cəhətdən birləşməlidir”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya