BVF-nin missiyası Şuşa və Ağdama səfər edib
Yusif Sultanoğlu
06:10 21.11.2023
Qarabağ
580
Beynəlxalq Valyuta Fondu (BVF) ilə Azərbaycan hökuməti arasında IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq məqsədilə Fondun missiyası xanım Anna Bordonun rəhbərliyi altında ölkəmizdə səfərdə olub.
Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, səfər zamanı BVF-nin missiyası Maliyyə, İqtisadiyyat nazirliklərində və hökumətin iqtisadi blokuna daxil olan digər qurumlarda, Mərkəzi Bankda, habelə özəl sektorda görüşlər keçirib, Azərbaycan iqtisadiyatının hazırki vəziyyəti və inkişaf dinamikası, həmçinin iqlim dəyişiklikləri məsələləri ətrafında müzakirələr aparıb.
Görüşlərdə əsasən cari ilin ötən dövründə iqtisadi artım və makroiqtisadi vəziyyət, maliyyə-bank və büdcə sahələrinə aid olan məsələlər, həyata keçirilən islahatlar, ilin sonuna, gələn ilə və növbəti ortamüddətli dövrə olan iqtisadi gözləntilər müzakirə edilib.
IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələrin sonuncu mərhələsinə Fondun Strategiya Departamentinin direktor müavini Zeyn Zidan və Azərbaycan Respublikasının da daxil olduğu Səsvermə Qrupu üzrə İsveçrəni təmsil edən icraçı direktor Marsel Piter də qatılıb.
Səfər çərçivəsində noyabrın 17-də icraçı direktor M.Piter Şuşa və Ağdam şəhərlərində olub. Qonaq səfər zamanı Şuşa şəhərinə və işğal dövründə tamamilə dağıdılan Ağdam şəhərinə baxış keçirib, eyni zamanda, işğaldan azad edildikdən sonra Böyük Qayıdış proqramına əsasən aparılan yenidənqurma işləri, həyata keçirilən layihələrlə tanış olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət