Dağlıq relyef nəzərə alınıb: Laçında tramvay məhdud marşrutu əhatə edəcək - EKSPERT
09:59 28.08.2023
Qarabağ
1201
Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş Laçına növbəti səfəri nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşməsi baxmından da yaddaqalan oldu. Səfər çərçivəsində Prezident İlham Əliyev şəhərin əsas küçəsində qurulmuş sərgi ilə tanış olarkən tramvaya da baxıb. Dövlət başçısı tramvayın küçə boyu işləməsilə bağlı tapşırıq verib.
Bu o deməkdir ki, Laçın şəhərinin mərkəzi hissəsində, əsas küçədə tramvay fəaliyyət göstərəcək. Bu barədə məlumat Prezidentin Laçına səfərini işıqlandıran Azərbaycan Dövlət Televiziyasının efirində səslənib.
Laçında tramvayın işləyəcəyi ilə bağlı məlumatı “Sherg.az”a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev qeyd etdi ki, burada söhbət, turistik tramvaydan gedir:
- Çox güman ki, bu, turistik tramvay olacaq. Yəni, təkərli tramvay, relsli yox. Bu, Laçının dağlıq relyefinə uyğundur. Və Laçının dağlıq relyefi nəzərə alınaraq da məhdud marşrutu əhatə edəcək. Əgər biz yüngül relsli, ekoloji təmiz dəmir yolu sistemindən danışırıqsa, relsli tramvaylar olmalıdır. Məhz bu cür tramvayların həm paytaxtda, həm də digər şəhərlərdə nümunələrini görmək çox gözəl olardı. Relsli tramvayların həm ekoloji təmiz, həm iqtisadi cəhətdən sərfəli, həm də ən rahat ictimai nəqliyyat olduğunu bir daha vurğulamaq istərdim.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət