Dünya Bankı Qarabağla bağlı prioritetlərini açıqlayıb
Yusif Nəzərli
10:14 14.06.2022
Qarabağ
462
Dünya Bankı Azərbaycanla əməkdaşlığa dair yeni tərəfdaşlıq çərçivə sənədi hazırlayır və yaxın vaxtlarda onunla bağlı Azərbaycan hökuməti ilə müzakirələrə başlayacaq.
Bunu “Report”a Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib.
“Bu strategiyanı biz “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsaslanaraq quracağıq”, - S.Maykl deyib.
Onun sözlərinə görə, bu, Dünya Bankının Azərbaycanla əməkdaşlıq üçün nəzərdə tutulan beşillik planıdır:
“Növbəti bir neçə ayda biz hökumətin yeni strategiyada həm investisiya, həm də bilik mübadiləsi və potensialın yaradılması baxımından hansı prioritetlərə diqqət yetirmək istəyini müəyyənləşdirəcəyik.
İstər insan kapitalının inkişafı, özəl sektorun dəstəklənməsi, istərsə də Qarabağda bərpa və yenidənqurma, o cümlədən təmiz enerji baxımından ölkədə o qədər müxtəlif prioritetlər var. Beləliklə, müxtəlif tərəfdaşlarla görüşməliyik ki, onlar bizdən hansı sahələrə fokuslanmağımızı istədiyini bilək”.
S.Maykl Dünya Bankının Azərbaycanın azad edilmiş ərazilərinə dəstəyi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki:
“Hazırda bəzi araşdırmalar mövcuddur, lakin bu istiqamətdə nəsə demək çox tezdir, çünki ərazilər minalardan təmizlənməlidir. Azərbaycan hökuməti Qarabağda yenidənqurma və bərpa işlərinə dəstək verməyimizi istəyir və biz buna hazırıq. Hesab edirik ki, bu ərazilərin milli sistemlərə inteqrasiyası üçün böyük imkanlar mövcuddur, həmçinin regional ticarətin və əlaqələrin inkişafı üçün böyük imkanlar var. Beləliklə, biz hökumətlə bu istiqamətdə işləməkdən çox şad olarıq”.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri yeni layihələrdən danışarkən bildirib ki:
“Bizim çoxlu layihələrimiz var, amma biz hökumətin hansı layihə üzərində işləməyimiz ilə bağlı qərarını gözləyirik. Bizim keçmişdə Azərbaycanda su layihələri ilə bağlı çoxlu layihələrimiz olub və indi yeni əməkdaşlıq çərçivəsində hökumətin prioritetlərini dinləmək prosesindəyik. Ola bilsin ki, su layihələri də yeni strategiyaya daxil edilsin, lakin bununla bağlı müzakirələr hələ aparılmayıb”.
O əlavə edib ki, Dünya Bankı məşğulluğa və peşə hazırlığına, ikinci dərəcəli yol şəbəkələrinin qurulmasına dəstək göstərir:
“Həmçinin, məhdud imkanlara malik insanları cəlb etməklə səhiyyə sisteminin rəqəmsallaşmasından yol hərəkətinin təhlükəsizliyinin dəstəklənməsinə, “yaşıl enerji”dən “ağıllı kənd”lərə qədər çoxlu işlər görürük. Biz, həqiqətən, çox məsələlər üzərində işləyirik və bunları bu il və gələcək bir neçə il ərzində davam etdirəcəyik”.
Xatırladaq ki, Dünya Bankı bir müddət öncə Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının hazırlanması məqsədilə ölkə iqtisadiyyatının sistemli diaqnostikasına başlayıb. Hazırda bankın Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiq edilmiş Tərəfdaşlıq Çərçivəsi Proqramı (CPF) ilə tənzimlənir. CPF 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuşdu, lakin 2020-ci ildə onun effektivliyinin nəzərdən keçirilməsindən sonra iki prioritet istiqaməti təsdiq edilərək onun uzadılması qərara alınıb.
Bunlar dövlət sektoru (idarəetmə və xidmətlərin göstərilməsi) və Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması və insan kapitalına, fiziki infrastruktura və daha güclü institutlara investisiyalar vasitəsilə xarici şoklara davamlılığının artırılması kimi strateji hədəflərə cavab verməli olan iqtisadi rəqabətqabiliyyətlilikdir.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankına üzvdür. Son 30 ildə adıçəkilən maliyyə qurumu Azərbaycanın reallaşdırdığı 50-dən çox layihə üzrə dörd milyard ABŞ dollarından çox kredit ayırıb. Dünya Bankı 2023-cü ilin iyulun 1-dək Azərbaycana ayıracağı kreditlərə güzəştli faiz dərəcəsi tətbiq edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət