Erməni vandalizmi: “Tarixi izlərimizi silmək istəyirlər” - Müharibə...!
Banuçiçək Kalbalıyeva
13:44 10.09.2020
Qarabağ
1560
“Təhsil müəssisələri və memarlıq abidələrimiz məhv edilir”
“Bircə yolumuz var- hərbi gücdən istifadə edib düşməni dayandırmalıyıq”
“Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib”.
Bu məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi 9 sentyabr- Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə açıqlamasında bildirib. Həmçinin vurğulanıb ki, etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlılar, o cümlədən məktəblilər, tələbələr və müəllimlər Ermənistandakı doğma torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salınıblar.
On minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün düşmüş oğlan və qızlar, bu vəziyyətdən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirməyə davam edirlər.
Düşmən vandallığının növbəti bariz nümunəsi barədə millət vəkili Elman Məmmədov “Sherg.az”a danışıb:
“Bu, yeni statistika deyil. Ermənilər işğalın ilk günlərindən etibarən bizim tikililəri dağıdırlar. Nəinki təhsil müəssisələri, həmçinin memarlıq abidələrimiz də məhv edilir. Səbəb isə məlumdur - tarixi saxtalaşdırmaq, azərbaycanlıların Dağlıq Qarabağdakı izlərini itirmək. Odur ki, bu günədək bizə aid nə varsa talayır, başqa yerlərə daşıyırlar.
Otuz ildir bəyanatlar verir, məlumatları yayırıq. Lakin nəticəsi yoxdur. Düşmən işğalçılıq siyasətindən əl çəkmir. Deməli, bizim bircə yolumuz var- hərbi gücdən istifadə edib düşməni dayandırmalıyıq. Bundan sonra tarixi abidələrimiz də, məktəblərimiz də bərpa olunacaq”.
E.Məmmədov, həmçinin vurğulayıb ki, islam ölkələri bu haqsızlıqlara səssiz qalmamalıdır:
“Ermənilərin işğalı barədə belə statistik məlumatlar ilk deyil. Biz daim beynəlxalq təşkilatlara, o cümlədən UNESKO-ya, ATƏT-ə, AŞ-a, BMT-yə müraciət etmişik, narahatlığımızı çatdırmışıq.
Eyni zamanda İslam İnkişaf Təşkilatının bütün tədbirlərində Prezidentimiz məsələni gündəmə gətirib. Düşmənlərimizin məscidlərimizdə donuz saxladıqları və beləliklə, dinimizi təhqir etdikləri məlumdur.
Amma özlərini müsəlman ölkəsi kimi təqdim edənlər düşməni dəstəkləyirlər. Dövlət başçımız İran İslam Respublikasının Azərbaycana təyin olunmuş yeni səfirini qəbul edərək bu məsələni növbəti dəfə gündəmə gətirdi. Gərək islam dövlətləri nəticə çıxarsınlar, həqiqəti anlasınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm