Ermənistanı ağır günlər gözləyir ! - “İqtisadiyyat çökür, Paşinyan devrilir... - Sonu yaxınlaşır !
Banuçiçək Kalbalıyeva
10:37 28.10.2020
Qarabağ
1037
“İndi işğalçı dövlət dizini qatlayıb, papağını qarşısına qoyub düşünməlidir. Bütün dünyaya sırımağa çalışdığı “genosid” siyasətindən əl çəkməlidir”
“Cənubi Qafqazda həm Avropanın, həm Rusiynın ən güvənli tərəfdaşı məhz rəsmi Bakıdır. Və biz milli maraqlarımıza uyğun siyasət yeridik”
Ermənistan baş naziri Nikol Paşinyanın “quyruğu qapıda qalıb”. Bir neçə gün əvvələdək baza prinsiplərini rədd edən, “Münaqişənin diplomatik yolla həlli yoxdur” deyən N. Paşinyan artıq reallığı dərk etməyə məcbur olub. O, indi də danışıqlar üçün ABŞ-a yalvarır və kompromisə hazır olduğunu deyir. Bununla belə, işğalçı ölkəyə müxtəlif mənbələrdən silah daşınması davam edir. Deməli, onun hələ ki, silahı yerə qoymaq fikri yoxdur. Görünür, Paşinyan artıq nə etdiyini bilmir. Baş nazir nəinki başını, özünü də itirib.
Siyasi analitik Yeganə Hacıyeva Paşinyanın aqibəti barədə fikirlərini “Sherg.az”la bölüşüb:
“Ermənistanın Dağlıq Qarabağda uduzduğu məlumdur. Bunu hamı, həmçinin özləri də görür. Təcavüzkarın məğlubiyyətini şərtləndirən bir neçə məqam var: daxildəki vəziyyət, o cümlədən iqtisadiyyatın çökməsi, geosiyasi durum, Azərbaycanın qətiyyəti və s. Əslində Paşinyanın hakimiyyətinin yarımçıq qalacağı ilk günlərdən bəlli idi.
Əslində o, potensialından daha çoxunu bacarıb. Baş nazir siyasətçi deyil və indiyədək heç vaxt siyasətlə məşğul olmayıb. Sadəcə kiberməkanda belə bir imic yaradıb. Hakimiyyətə küçədən gələn bu şəxs əslində yanında üç nəfər olmayan, amma “Facebook”da min “like” alan adamları xatırladır.
Odur ki, xüsusilə siyasi proseslərə təsir edə bilən qüvvələrin fəallaşdığını nəzərə alsaq, deməli, Paşinyanın devrilməsi gün məsələdir. Hərçənd, bu, bizə lazım deyil. Paşinyanın hakimiyyətdən getməsi isə ölkəsinə heç nə vəd etmir.
Ermənistan Rusiya ilə Türkiyə, Rusiya ilə Amerika arasında həll olunmamış problemlərdən öz milli maraqları naminə yararlanmağa çalışırdı. İndi isə Cənubi Qafqazda həm Avropanın, həm Rusiynın ən güvənli tərəfdaşı məhz rəsmi Bakıdır. Və biz milli maraqlarımıza uyğun siyasət yeridik”.
Y.Hacıyevanın sözlərinə görə, Ermənistanı daha ağır günlər gözləyir:
“İndi işğalçı dövlət dizini qatlayıb, papağını qarşısına qoyub düşünməlidir. Bütün dünyaya sırımağa çalışdığı “genosid” siyasətindən əl çəkməlidir. Özünü ağıllı hesab etməməlidir. Onsuz da indi hamı onun kim olduğunu anlayır. Paşinyan indiyədək heç bir tərəfdaşı ilə səmimi olmayıb və bu, Ermənistanın sonunu gətirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm