İlginc İDDİA: “Qarabağ ərazisində nüvə artıqları basdırılıb” – Rusiya nəzarət edir
Turan
08:51 23.03.2021
Qarabağ
719
“Azərbaycan bu ərazilərin yerlərini bildirməyi üçün Ermənistan tərəfinə şərt qoymalıdır”
“Metsamor AES Rusiyanın nəzarət dairəsində olduğu üçün ona texniki qulluğu da onlar edir”
Ermənistan Metsamordakı atom elektrik stansiyasının (AES) istismar müddətini 2036-cı ilədək uzatmaq niyyətindədir. Bunu stansiyanın baş direktoru Movses Vardanyan deyib.
O bildirib ki, 2015-16-cı illərdə AES-in fəaliyyət müddətinin uzadılması ilə bağlı müəyyən işlər görülüb. Hazırda stansiyanın fəaliyyətdə olan ikinci reaktoru 1980-ci ildə istifadəyə verilib və 2026-cı ildə istismar müddətini başa vurmalıdır.
Göründüyü kimi Ermənistan tərəfi bölgə üçün böyük risk və təhdid ünsürü sayılan bu AES-dən öz xoşuna vaz keçmək niyyətində deyil.
BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov "Sherg.az"a bildirib ki, Metsamor AES Ermənistanın enerji təchizatında mühüm rol oynayır. Ekspertə görə, məhz o səbəbdən Ermənistan stansiyadan öz xoşuna imtina etmir:
"İstismar vaxtı keçsə də, hələ də ondan istifadə edirlər. Ermənistanın öhdəsinə buraxılsa, stansiyadan imtina mümkünsüz olacaq. Ermənistanın təkcə özü üçün deyil, ətraf ölkələr üçün də ciddi təhlükə mənbəyi olan bu AES-dən Avropa və Rusiyadan siyasi və maddi dəstək almaq üçün istifadə etdiyi şübhəsizdir. Ermənistan sivil, beynəlxalq qanunlara hörmət edən bir dövlət olmadığı üçün bu AES-in əlində girov qalıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistan işğalçı siyasət yürütdüyü üçün uzun illər Azərbaycanın və Türkiyənin blokadasında olduğundan infrastruktur və bir sıra beynəlxalq tranzit layihələrindən kənarda qaldı. Bu təcrid ölkəni inkişafdan saxladı. Müharibədən sonra yaranmış reallıqlar və şərait hesab etmək olar ki, erməni idarəçiləri bu məsələlərə yenidən nəzər salmağa vadar edəcək".
Analitik bildirib ki, əgər Ermənistan regionda bundan sonra stabillik və sülhpərvər siyasət yürüdərsə, region dövlətləri ilə qonşuluq əlaqələri qurmaq yolunu tutarsa, bu, Yerevanın xeyrinə olar:
"Ermənistan dövlət kimi var olma yolunda müsbət irəliləyişlər əldə edər. Azərbaycan, Türkiyə Ermənistanın enerji problemlərini həll etməkdə kömək edər və nəticədə Metsamor AES-ə ehtiyacı qalmaz. Yox əgər yenə də revanş, soyqırım kimi saxta fikirlərə düşərlərsə, bu zaman da, region ölkələri olan Azərbaycan, Türkiyə, Gürcüstan öz təhlükəsizlikləri üçün Ermənistanın blokadasını daha da artırıb erməniləri AES-in bağlanmasına məcbur etməlidirlər. Belə hal isə Ermənistanın dövlət kimi çökməsinə səbəb olar. Metsamor AES Rusiyanın nəzarət dairəsində olduğu üçün ona texniki qulluğu da onlar edir. Hesab edirəm ki, Rusiya da bu məsələyə müsbət yanaşar.
Nüvə artıqlarının Qarabağ ərazisində basdırıldığı məlumdur. Azərbaycan bu ərazilərin yerlərini bildirməyi üçün Ermənistan tərəfinə şərt qoşmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur