“...Lokal əməliyyatlarla aprel uğurumuzu genişləndirə bilərik” – ŞƏRH
Turan
10:48 09.08.2019
Qarabağ
1229
“Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə “Qarabağ Ermənistandır” açıqlamasından sonra Azərbaycan cəmiyyətində ən çox səslənən sual budur: “Müharibəyə başlamalıyıqmı?”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Analitikin sözlərinə görə, Nikol Paşinyan “Qarabağ Ermənistandır” deməklə əslində Azərbaycanın Qarabağ davasında haqlı olduğunu beynəlxalq aləmə göstərdi:
“Çünki illərdir beynəlxalq aləmə başa salmağa çalışırdıq ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır, separatçılar təkbaşına torpaqlarımızı işğal edə bilməzdilər, buna gücləri çatmazdı. Paşinyan son açıqlamasıyla dediklərimizi təsdiq etdi. Digər tərəfdən Paşinyan öz ifadələri ilə Azərbaycanın diplomatik və hərbi meydanda manevr imkanlarını genişləndirdi.
İndi əsas məsələ yaranan imkandan faydalanmaqdır. Onu da nəzərə almalıyıq ki, Paşinyanın populist açıqlamaları Ermənistanda və Dağlıq Qarabağda da sükutla qarşılanıb. Çünki onlar da anlayırlar ki, Nikol Paşinyanın düşünülməmiş açıqlamaları həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçılara baha başa gələ bilər.
Əlbəttə, belə vəziyyətdə Azərbaycan ictimaiyyəti və geniş siyasi spektri işğalçını hərbi yolla cəzalandırmağı tələb etməkdə haqlıdır. Hətta hakimiyyət içindən və Yeni Azərbaycan Partiyasına üzv olan millət vəkillərindən də haqlı olaraq eyni səslər eşidilir”.
Ekspertin fikrincə, işğalçıya qarşı hərbi əməliyyata başlamaq üçün siyasi qərar verilməlidir:
“Ancaq bu qərar böyük məsuliyyət tələb edir, hərtərəfli ölçülüb biçilməlidir. Müharibəyə başlamaq üçün arxa cəbhəmizdən tan əmin olmalıyıq, əmin olmalıyıq ki, hücum planımız Moskvanın və oradan da İrəvanın masası üzərində peyda olmayacaq. Buna əmin olandan sonra müharibəyə başlamaq olar. Ancaq buna qədər lokal əməliyyatlarla aprel uğurumuzu genişləndirə bilərik, üstəgəl snayperlərimiz də düşmənin itkilərini artırmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol