"Minlərlə erməni terrorçusu torpaqlarımızdadır"
Yusif Nəzərli
03:30 10.03.2022
Qarabağ
999
Elman Məmmədov: "Rus hərbçilər ermənilərdən daha günahkardır"
Rusiya sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə təxribatla məşğul olan qanunsuz erməni hərbi birləşmələrinin dərsi verilib. Müdafiə Nazirliyinin məlumatına görə, erməni quldurlarının təxribatlarının qarşısını almaq məqsədilə Ordumuz adekvat cavab tədbirləri görüb. Qanunsuz erməni silahlı dəstələrinin mövqeləri dəqiq zərbələrlə məhv edilib. Xüsusi olaraq vurğulanıb ki, terrorçuların zərərsizləşdirilməsi zamanı mülki infrastruktur hədəf alınmayıb. Yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilib.
Xatırladaq ki, martın 8-9-u torpaqlarımızdakı qanunsuz erməni silahlıları Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar. Ümumiyyətlə, erməni terrorçuları bir neçə dəfə Azərbaycan Ordusunun bölmələrini hədəf seçiblər. Hətta qanunsuz silahlı dəstələrin təxribatı nəticəsində yaralanan, şəhid olan hərbçilərimiz də var. Ekspertlərin fikrincə, rus hərbçilərinin fəaliyyəti “sülhməramlılıq” yox, erməni hərbi birləşmələrini təmin etmək və fəallaşdırmaqdır. Məqsəd isə müəyyən məqamlarda erməni quldurlarını Azərbaycana qarşı mümkün təxribatlara sövq etməkdir. Analitiklər hesab edirlər ki, dəfələrlə edilən xəbərdarlığa məhəl qoymadan ermənilərin Azərbaycan mövqelərini atəşə tutması və “sülhməramlı”ların da buna seyirçi qalması genişmiqyaslı anti-terror əməliyyatlarına başlamaq üçün tam yetərli şərtdir.
Millət vəkili Elman Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, üçtərəfli sazişlərə və Azərbaycan-Rusiya arasında imzalanmış müttəfiqlik sənədə əsasən, dövlətlərin ərazi bütövlüyünə, təhlükəsizliyinə təhlükə yaradan ünsürlər dərhal aradan qaldırılmalıdır. Deputat diqqətə çatdırıb ki, müharibənin başa çatması ilə nəticələnən 10 noyabr üçtərəfli sazişinin müvafiq maddəsinə görə, erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını qısa müddətdə tərk etməli idilər. Bu işin icrası da rus “sülhməramlı”larına tapşırılmışdı:
“Bəyanata görə, Qarabağa yerləşdirilən rus hərbçiləri erməni quldurlarının əlindəki silah-sursatı, hərbi texnikanı müsadirə etməli, terrorçu ünsürləri ərazidən təmizləməli idilər. Müharibənin başa çatmasından il yarım ötsə də, minlərlə erməni qulduru hələ də torpaqlarımızdadır. Zamanla onların tərkibini dəyişir, mülki geyimdə erməni terrorçuları Xankəndinə, Xocalıya gətirirlər. Ola bilməz ki, Rusiya “sülhməramlı”ları bundan xəbərsizdir. Bütün hadisələr rusların gözü qarşısında, hətta onların himayəsi ilə baş verir. Azərbaycan tərəfi suveren hüquqa dayanaraq öz qanuni torpaqlarında erməni terrorçularına, separatçılara qarşı hərbi əməliyyatlar keçirir. Heç kimin buna görə bizə irad bildirməyə ixtiyarı, səlahiyyəti yoxdur. Daxili məsələmizə görə kimdənsə icazə almalı deyilik. Azərbaycan Ordusunu Qarabağda “təmizləmə” işinə məcbur edən tərəf məhz Rusiyanın burada yerləşdirdiyi “sülhməramlı” kontingentidir. Rus hərbçilər ermənilərdən daha günahkardır. Erməni terrorçularına “xeyir-dua” verən rus hərbçiləridir. Rəsmi Bakı öz narazılığını, etirazını Moskvaya dəfələrlə bildirib. Heç bir dövlət razı olmaz ki, ərazisində separatçı, silahlı qüvvələr fəaliyyət göstərsin”.
Parlament üzvü vurğulayıb ki, Azərbaycan ərazisində faktiki Ermənistanın hərbi birləşmələrinin müəyyən hissələri qalmaqdadır:
“Rusiya “sülhməramlı”ları separatizmin qarşısını almaq əvəzinə terrorçuları silahlandırır və təşkilatlandırır. Rusların icazəsi və məlumatı olmadan erməni quldurları torpaqlarımızda səngər qaza bilərmi?! Qanunsuz erməni silahlılarının Qarabağda sərbəst fəaliyyəti və rusların buna göz yumması ölkəmizin suverenliyinə təhdiddir. Son terrorçu təmizlənənədək hərbi əməliyyatları davam etdirməliyik. O ki qaldı, Xankəndi və ətraf bölgələrdə yaşayan erməni əhalisinə, ordumuz 44 günlük müharibə dövründə belə mülki insanların həyatına təhlükə yaratmayıb. İndi də hərbçilərimizin hədəfində mülki, silahsız ermənilər yox, qanunsuz silahlı dəstələrin mövqeləridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm