Minsk Qrupunun formatı dəyişməlidir: Vaşinqton İrəvana təzyiq göstərmir
Turan
10:49 15.10.2019
Qarabağ
763
“ABŞ Konqresinin bəzi üzvlərinin Qarabağa səfər etməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsddir”.
Bunu “Şərq”ə açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Azərbaycan ictimaiyyətinin etirazına səbəb olan məsələni dəyərləndirən politoloqun sözlərinə görə, Konqres üzvlərinin səfərlərinin qarşısı Vaşinqton tərəfindən alına bilərdi: “Amerikanın işğalçı ölkə olan Ermənistana təzyiqlər etmək üçün əlində ciddi rıçaqları var. Təəssüf ki, öz maraqları kontekstində bəzi ölkələrə qarşı ciddi təzyiqlər edən Vaşinqton Cənubi Qafqazda öz geosiyasi maraqlarını təhdid edən Qarabağ münaqişəsinin həllində İrəvana təzyiq göstərmir. Çünki hələ də erməni lobbisi regionla bağlı ABŞ-ın siyasətinə təsir edə bilir. ABŞ həmsədr ölkə kimi Qarabağdakı separatçılarla heç bir ünsiyyət qurmamalı, Abxaziya, Cənubi Osetiya və digər separatçılara sərgilədiyi siyasəti ermənilərə də şamil etməlidir. Əgər Ağ Evin bu siyasəti dəyişməsə, Cənubi Qafqaz uğrunda Rusiya ilə rəqabətdə uduzacaq. İndiki mövqe onu göstərir ki, Vaşinqton bu siyasəti ilə ədalətli şəkildə münaqişəni həll edə bilməz. Amerika ilk növbədə ikili standartları aradan qaldırmalı və separatçılara sanskiyalar tətbiq etməlidir”.
Analitik vurğulayıb ki, rəsmi Bakı ABŞ-ın Dövlət Departamenti və Konqresi ilə sıx işləməlidir ki, onların mövqeyində dəyişikliyə nail olsun:
“Konqresdəki erməni lobbisi ABŞ-ın geosiyasi maraqlarını təhdid edir. Təəssüf ki, Ağ Ev rəhbərliyi regionda dəyişən nizam fonunda yenə də işğalçıya dəstəyi davam etdirir. Yaxın Şərqdə səhv siyasət aparan Vaşinqton analoji siyasəti Cənubi Qafqazda da həyata keçirir. Separatçı və işğalçının yaxşısı, pisi olmur. ABŞ işğalçılara və separatçılara eyni yanaşma sərgiləməlidir. Həmsədr ölkənin nümayəndələrinin Qarabağa gəlməsi göstərir ki, müəyyən qüvvələr Qarabağın Azərbaycandan tədricən qoparılmasına çalışır. Ona görə də Azərbaycan mütləq şəkildə diplomatik və hərbi sahədə çevik siyasət aparmalıdır. İlk növbədə Minsk Qrupunun formatının dəyişməsinə nail olmalıyıq. Azərbaycan tərəfi prinsipial siyasət ortaya qoymaqla həmsdərlərdən konkret mövqe sərgiləməsini tələb etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq
21:54 07.04.2026
Sosial
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya