"Ola bilsin, biz sabah axşam tarixi qələbəyə sevinək" - Cahangir Məmmədli
Banuçiçək Kalbalıyeva
12:29 27.09.2020
Qarabağ
1038
Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub.
Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında deyib.
"Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir və düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir".
Qeyd edək ki, Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə, cəbhənin Füzuli, Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı, Cəbrayıl rayonun Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edilib.
Bu rəsmi açıqlama Azərbaycan ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb. İndilərdə ürəyi Dağlıq Qarabağla, döyüşən əsgərlərimizlə döyünən hər kəs əzizlərinə, doğmalarına zəng edir, sevincini bölüşür.
BDU- nun Jurnalistika fakültəsinin professoru, əslən Qarabağdan olan Cahangir Məmmədli də keçirdiyi bu müqəddəs duyğuları "Sherg. az"-a açıqlayıb:
"Bildiyiniz kimi, yeddi kəndimiz artıq azad olunub. Bu, məndə belə bir ümid yaradır ki, Dağlıq Qarabağın azadlığı çox yaxındadır. Hətta, ola bilsin, biz sabah axşam tarixi qələbəyə sevinək. Ermənistanda qaçış başlayıb. Cənab prezident İlham Əliyevin Təhlükəsizlik Şurasındakı iclası və bu gün Azərbaycan xalqına müraciəti məni çox ürəkləndirdi. Bu günlərdə kəndimə gedəcəyimə inanıram. Onu da deyim ki, Azərbaycan xalqı heç vaxt indiki qədər səfərbər olmamışdı. Yaşından, cinsinden, peşəsindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəs mübarizəyə hazırdır. İnsanlarımız Prezidentimizin, ordumuzun yanındadır. İndiyədək bu qədər qürur duyduğum an olmamışdı. Taleyimdən çox razıyam. Ordumuza canım qurban!".
C. Məmmədli, həmçinin Azərbaycan mediasının fəaliyyətindən də danışdı:
"Azərbaycan jurnalistikası da indi birlik nümayiş etdirir. Tipologiyasından asılı olmayaraq, ictimai rəyə təsir edən bütün KİV səfərbərdir. Azərbaycan jurnalisti indi müsəlləh əsgərdir. Onların bir çoxuna dərs demiş adam kimi bu mənə böyük qürur verir. Xüsusilə, Azərbaycan Dövlət Televiziyası, İctimai TV, Real TV və ARB 24 cəbhədəki hadisələr barədə anban məlumat verirlər. Müxbirlər bomba düşən yerlərdən reportajlar hazırlayırlar. Onlar ən qaynar nöqtələrdə ehtiyatla davranırlarsa bu, qorxduqları üçün deyil, olsa- olsa qorunmaq naminədir. İndi hər bir professional, vicdanlı jurnaistimiz baş verən hadisələrə dair ictimaiyyətə məlumat ötürmək qayğısı ilə nəfəs alır. Mən Azərbaycan KİV- i qarşında baş əyirəm. Ordumuzun elə qələbələri olsun ki, mətbuatımız "Biz sənin yanındaydıq, indi də yanındayıq" desin. Allah Prezidentimizi, ordumuzu, xalqımızı qorusun!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə