Qarabağ danışıqları effektsizdir: İldırımsürətli müharibəyə başlamalıyıq
10:07 16.10.2019
Qarabağ
816
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona növbəti səfərlərini ediblər. Dünən diplomatlar Yerevanda olub, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər. Bu gün isə həmsədrlər Qarabağa gələrək erməni separatçıları ilə görüş keçiriblər. Minsk Qrupu üzvləri Bakıya da gəlib, rəsmilərlə görüşəcəklər.
Ekspertlər diplomatların regiona növbəti gəlişlərini dəyərləndirərkən, bunun da əvvəlkilər kimi mənasız səfər olduğunu deyirlər.
Politoloq Natiq Miri hesab edir ki, həmsədrlərin gəlişi və keçirdikləri görüşlər sadəcə formal xarakter daşıyır. Analitik Sherg.az-a deyib ki, ortada Dağlıq Qarabağ probleminin həlli istiqamətində konkret müzakirə obyekti və plan yoxdur:
"Sənəd olmadıqdan sonra səfərlərin hansısa ciddi siyasi dəyişikliklə nəticələnəcəyini düşünmürəm. Bu, sadəcə protokol və hesabat xatirinə edilən səfərlərdir".
N.Miri vurğulayıb ki, Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ciddi addımlara hazır olsa da, rəsmi Yerevan istəkli görünmür:
"Paşinyan hökuməti və qondarma "DQR" buna hazır deyil. Sülhlə bağlı dedikləri, Paşinyanın boğazdan yuxarı sözləridir. Ona görə də səfərlərdən hansısa ciddi nəticə gözləmək mümün deyil. Ümumiyyətlə hesab edirəm ki, bundan sonra Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yoxdur. Düşünürəm ki, Azərbaycan Ermənistanla, xüsusilə Paşinyan hökuməti ilə artıq danışıqları dayandırmalıdır. Çünki uzanan danışıqlar Ermənistana vaxt qazandırır. Azərbaycan 27 il ərzində sülh tərəfdarı olduğunu göstərdi. Bura qədər səbr yetərlidir. Azərbaycan danışıqları dayandırdığını elan etməli və bundan sonra paralel şəkildə həm hərbi, həm də diplomatik fəaliyyətə keçməlidir. Yaxın zamanda Azərbaycan lokal ildırımsürətli hərbi əməliyyatlarla xeyli ərazini işğaldan azad etməlidir. Təbii ki, beynəlxalq güclər uzunmüddətli müharibəyə icazə verməyəcəklər. Lakin Azərbaycan bəzi strateji əhəmiyyətli əraziləri azad etdikdən sonra, həm yeni bir mərhələnin əsası qoyulacaq, həm də proses bizim xeyrimizə dəyişəcək. Danışıqlar masasında diktə edən tərəf artıq biz olacağıq".
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq
21:54 07.04.2026
Sosial
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya