Rusiya oyun “peşində”! – ““Dağlıq Qarabağ” anlayışını...”
Yusif Nəzərli
14:57 03.08.2022
Qarabağ
618
Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə azərbaycanlı həmkarı Zakir Həsənov arasında telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Tərəflər arasındakı danışıqları "Sherg.az"a şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Rusiyanın Cənubi Qafqazla bağlı "qayğıları"artıb:
"Rusiya tərəfi Ermənistanla bağlı özünün narahatlıqlarını dilə gətirərək, müəyyən mövqe sərgiləməyə başlayıb. Bu münasibətdə ermənipərəst yanaşma daha qabarıq şəkildə görünür. S.Şoyqu ilə Z.Həsənov arasında olan danışıqların ana mətnini guya Azərbaycanın Qarabağ ərazisində atəşkəs rejimini bir neçə dəfə pozması təşkil edir. “Dağlıq Qarabağ” anlayışının yenə də Rusiya rəsmilərinin, xüsusilə də Müdafiə Nazirinin dilindən səsləndirilməsi problemə qeyri-ciddi yanaşdığını aydın surətdə ortaya qoyan bir məqamdır.
Üstəlik də atəşkəs rejiminin pozulmasının ölkəmizin "boynuna qoyulmağa" çalışılması da bölgənin problemlərinə birtərəfli yanaşmanı, həm də Ermənistanın xeyrinə münasibətin aşkar nəticəsidir. Rəsmi Moskvanın digər ölkələri qatıb-qarışdırması az deyilmiş kimi, indi də Cənubi Qafqazda bu istiqamətdə səylər göstərir. Dünya Rusiyanın hərəkətlərindən boğaza yığılıb. Kreml bütün dünya təhlükəsizliyi üçün ciddi təhdidə çevrilib. Rusiyanın bölgədə oynadığı qeyri-konstruktivliyin uzun illərdir ki, şahidiyik. İndi isə nizamlama prosesinin moderatorluğunu öz üzərinə götürən, Avropa Birliyi və başqalarının məsələyə müdaxiləsini qısqanclıqla qarşılayan rəsmi Moskvanın son davranışları açıq-aydın göstərir ki, onlar kimin tərəfindədirlər. Şimal qonşumuz meydanı ələ keçirəndən sonra istər ciddi münaqişələr olsun, istərsə də dövlətlərarası müharibələr, hamısında strateji maraqlarına uyğun hərəkət edir".
Q.Hüseynlinin qənaətincə, tərəflər arasında baş tutan son telefon danışıqları heç də Rusiyanın problemə yanaşmasında obyektivliyin göstəricisi sayıla bilməz:
"Öz xarakterinə, ambisiyalarına uğyun olaraq, bölgəni qatıb-qarışdırmaq siyasətinin davamı kimi baxmaq lazımdır. Rəsmi Moskva bölgəyə əmin-amanlıq, sülh gətirmək istəyən güclərə qısqanclıq, paxıllıqla yanaşır. Həmçinin əslində sübut edir ki, bütün beynəlxalq mübahisəli məsələlərdə olduğu kimi, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasındakı savaşdan sonrakı vəziyyətə də obyektiv yanaşa bilmir. Məsələləri subyektiv mövqelərdən tənzimləməyə, qiymət verməyə çalışır. Bu da bölgədəki münasibətləri sadələşdirmək əvəzinə, daha da mürəkkəbləşdirir.
Zənnimcə, Qərb ölkələrinin dediyi kimi, Rusiyanı bütün nizamlama proseslərindən uzaqlaşdırmaq, gedişatlara pozitivlik gətirər. İndiki şəraitdə də çalışmalıyıq ki, Ermənistanla münasibətlərin qaydaya salınmasında üçüncü bir qüvvənin müdaxiləsinin qarşısını alaq.
Tərəflər bir-biri ilə üzbəüz, problemləri çözməyə səy göstərsə, daha çox konstruktivliyə nail olmaq mümkündür. Axır günlərdəki telefon zəngləri məyusedicidir. Bu, eyni zamanda Rusiyanın bölgə hadisələrinə münasibətində sırf öz maraqlarına uyğun siyasət reallaşdırmağa çalışdığının əyani sübutudur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi