Şuşada Beynəlxalq Media Forumunda ikinci panel keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
Yusif Nəzərli
12:56 22.07.2022
Qarabağ
536
İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” adlı ikinci panel keçirilib.
“Report”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, müzakirə olunan əsas mövzular mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika olub.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu altında keçirilən ikinci paneldə çıxış edənlər Avropa Xəbər Agentlikləri Alyansının Baş katibi Aleksandru Giboi, “Real” Təhlil İnfomasiya Mərkəzinin Baş direktoru Mirşahin Ağayev, “Anadolu” agentliyinin Baş direktorun müavini, baş redaktor Yusuf Özhan, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub
13:46
İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar” adlı birinci panel keçirilib.
“Report” xəbər verir ki, müzakirə olunan əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada feyk xəbər ilə mübarizə olub.
Emin Musəvinin moderatorluğu altında keçirilən birinci paneldə çıxış edənlər TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bolqarıstanın BTA İnformasiya Agentliyinin İnformasiya Siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva, “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim, “Haqqin.az” analitik veb-saytının rəhbəri Eynulla Fətullayev və başqaları olub.
10:38
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Beynəlxalq Media Forum başlayıb.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbir Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə iştirak edən əcnəbi nümayəndələr arasında “Anadolu” agentliyinin baş redaktoru Yusif Özhan, Avropa Xəbər Agentliklər Alyansının Baş katibi Aleksandru Giboi, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və s. media nümayəndələri və ekspertlər var.
Bundan başqa, Azərbaycan təmsilçiləri sırasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər rəsmi şəxslər, mətbuat nümayəndələri və ekspertlər var.
Qeyd edək ki, Forum 4 paneldə keçirilir. “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar” adlı birinci paneldə əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada feyk xəbər ilə mübarizə olacaq. “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” adlı ikinci paneldə mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika müzakirə predmeti olacaq.
Daha sonrakı “Azərbaycan mətbuatında Şuşa izi” panelində Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, Şuşanın qələm sahibləri və qəzeti ətrafında fikir mübadiləsi aparılacaq. Sonuncu “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” panelində isə əsas mövzular Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi