"Bu günləri biz ermənilərin verdiyi mina xəritələrinin reallığına inanmaq məcburiyyətindəyik. Çünki əlimizdə bu xəritələrdən başqa real sübutlar yoxdur. Sadəcə, bu xəritələrin reallığı yerində yoxlanılmalıdır. Qeyd edim ki, mina xəritələrinin Ermənistandan alınması Qarabağda və Ermənistanda gedən siyasi proseslərin tərkib hissəsinə çevrilib, yəni proses siyasiləşib. Bu baxımdan Azərbaycan bundan məharətlə istifadə etməli, bu prosesləri doğru idarə etməlidir".
Təhlükə sovuşmayıb: Ağdamda qeydiyyatı aparılmayan külli miqdarda mina var
21:07 17.06.2021
Qarabağ
734
Ötən gün Ağdamda itkin düşən şəxsin meyiti tapılıb. Ağdam rayon sakini Cəsarət Hətəmxanov iyunun 7-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 1978-ci il təvəllüdlü C.Hətəmxanovun itkin düşməsi ilə bağlı rayon Polis Şöbəsinə daxil olmuş müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bütün rayon ərazisində axtarış tədbirləri aparıb.
İyunun 17-də səhər saatlarında C. Hətəmxanovun meyiti Ağdam rayonunun işğaldan azad olunmuş Seyidli kəndi ərazisində tapılıb. C.Hətəmxanovun ərazidə mina partlayışı nəticəsində həlak olduğu deyilir. Meyitin götürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi və ANAMA əməkdaşları cəlb edilib.
Mövzu ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, minalanmış ərazilərdə dinc əhalinin və hərbçilərin həlak olması faktları üzüntü verici hallardır:
"Bu, erməni vandalizminin təzahürüdür. Hesab edirəm ki, Ermənistandan mina xəritələri nə yolla olursa-olsun, təcili alınmalıdır. Bu xəritələrsiz minaların təmizlənməsi illər çəkə bilər və heç də tam təmizlənib qurtarmasına da əmin olmaq olmaz".
A.Qasımov qeyd edib ki, onsuz da nə qədər xəritə ilə iş aparılsa belə təsadüfi, qeydiyyatı aparılmayan külli miqdarda mina ola biləcəyi ehtimalı böyükdür:
"Bu günləri biz ermənilərin verdiyi mina xəritələrinin reallığına inanmaq məcburiyyətindəyik. Çünki əlimizdə bu xəritələrdən başqa real sübutlar yoxdur. Sadəcə, bu xəritələrin reallığı yerində yoxlanılmalıdır. Qeyd edim ki, mina xəritələrinin Ermənistandan alınması Qarabağda və Ermənistanda gedən siyasi proseslərin tərkib hissəsinə çevrilib, yəni proses siyasiləşib. Bu baxımdan Azərbaycan bundan məharətlə istifadə etməli, bu prosesləri doğru idarə etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət