Üçüncü yol ! - “Torpaqlarımız Ermənistana birləşdirilir” – Hərəkətə keçməliyik !
Banuçiçək Kalbalıyeva
13:39 31.08.2020
Qarabağ
1269
Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində yeni yaşayış məntəqələri inşa etməkdə davam edir. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Bildirilib ki, işğal altındakı Kəlbəcər rayonunda kütləvi məskunlaşdırma və turizmin inkişafı üçün hazırlıq işləri sürətlə davam edir. Ermənistan Qarabağa açılan 2-ci yolun – Vardenis-Ağdərə yolununun Kəlbəcər rayonunun mərkəzinə qədər 27,5 kilometr hissəsi asfaltlaşdırır.
Yolun xüsusilə dağlıq iki yerində isə körpü inşa olunmasına hazırlıq görülür.
Bundan başqa, Kəlbəcərin rayon mərkəzində Avstraliya diasporunun ianəsi hesabına 15 yeni fərqi ev, Ermənistanın ayırdığı maliyyə vəsaiti hesabına isə 48 mənzildən ibarət 2 hündürmərtəbəli bina inşa edilir.
Bölgəni turizm mərkəzinə çevirməklə yanaşı, separatçı rejim rəhbərliyi İrəvanın köməyi ilə bölgəyə Livan ermənilərini köçürməyi də planlaşdırır. Hazırda Kəlbəcərin rayon mərkəzində 2 minə yaxın erməni yaşayır.
Görünür ki, düşmənin baş verənlərdən dərs götürmək fikri yoxdur. Elə “qan, qan” deyib dururlar.
Bu barədə “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov ermənilərin tarixi planlarını açıqlayıb:
“Həmin yollar çoxdan çəkilib və istifadəyə verilib. Nəinki ermənilər, hətta turistlər də orada kef çəkirlər. Yollar isə genişlənir, yeni abadlıq işləri görülür. Ermənilər 25 ildir ki, Dağlıq Qarabağda, xüsusilə, Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırma ilə məşğuldurlar. Halbuki ora tarixi Azərbaycan torpaqları, elatların məskunlaşdığı ərazi olub.
Əlbəttə, həmin vaxt dağ yerləri idi, asfaltdan söhbət getmirdi. Artıq cənub istiqamətində, yəni Zəngilan-Cəbrayıl istiqamətində üçüncü yol çəkilir. Bütün bunlar işğal altında olan torpaqlarımızı Ermənistana birləşdirməyə hesablanıb. Belə ki, ilk dəfə olaraq 1988-ci il fevralın 12-də ermənilər “Birləşmə” şüarı ilə hərəkatlara başladılar. Həmin mənfur siyasət bugünədək davam edir”.
E.Məmmədovun sözlərinə görə, düşmənin arzusunu ürəyində qoymağın bircə yolu var:
“Dağlıq Qarabağda yollar çəkilir, qeyri-qanuni məskunlaşmalar olur. Bu, gizlin deyil. Hər birimiz bilməliyik. 1990-cı illərin əvvəllərində Kəlbəcərdə doğulan uşaq indi pasportunu beynəlxalq qurumlara göstərərək harada doğulduğunu isbatlayır.
Belə biabırçılıqlara son qoymaqdan ötrü hərbi əməliyyatlara başlamalı, torpaqlarımızı azad etməliyik.
Orada onsuz da otuz ilə yaxındır ki, işğalçı rejim hökmranlıq edir. Əlbəttə, danışıqları uzatmaq Ermənistanın ürəyincədir. Rusiyanın, ATƏT-in həmsədrlərinin istədiyi də budur. Fikri verirsinizsə, hər bəyanatlarında “Gərginlik azaldılmalıdır” deyir, tərəfləri qarşılıqlı etimada çağırırlar.
Biz heç kimə ümid etmədən, ancaq özümüzə inanaraq hərəkətə keçməliyik. Çünki işğala məruz qalan bizik, ermənilər yox. Nə qədər ki, bunu etmirik, ermənilər bizim vətənimizdə-işğal etdikləri torpaqlarda məskunlaşmağa, bünövrələnməyə davam edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Portuqaliya Amerikadan F-35 qırıcıları ala bilər
19:48 08.10.2026
Dünya
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət