Universitetlər Qarabağa köçürülür? - MÜNASİBƏT
Turan
09:44 28.07.2021
Qarabağ
942
Ancaq gələcəkdə Bakı Musiqi Akademiyası Şuşaya, Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağdama köçürülə bilər
Həm paytaxtın, hən də Bakıdakı bir sıra ali təhsil ocaqlarının bölgələrə köçürülməsi təklifi müxtəlif ictimai-siyasi xadimlərimiz, ziyalılarımız tərəfindən gündəmə gətirilib. Hazırda bu məsələ yenidən aktuallaşıb. Ancaq indi paytaxtın və universitetlərin bu və ya digər bölgəyə deyil, məhz işğaldan azad olunan ərazilərə - Qarabağa, Şərqi Zəngəzura köçürülməsi təklif olunur.
Bəzi siyasilərimiz hesab edir ki, Bakı həddindən artıq yükləndiyinə və şəhərin problemləri çoxaldığına görə paytaxtı Qarabağa köçürmək məqsədəuyğundur. Yəni işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması prosesinə start verilməsi də onların fikrincə, paytaxtın sözügedən ərazilərə köçürülməsi işini xeyli dərəcədə asanlaşdıra bilər. Eyni zamanda hazırkı şəraitin universitetlərin də Qarabağa köçürülməsinə və yaxud da ki, ən azından onların Qarabağda filialının açılmasına imkan verdiyini bildirirlər.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə “Şərq”ə bildirib ki, çeşidli səbəblər üzündən nə paytaxtın, nədəki universitetlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi real deyil. Partiya rəhbərinin sözlərinə görə, ilk növbədə söhbət zaman amilindən gedir:
“Universitetlərin köçürülməsi və normal fəaliyyətə başlaması üçün əvvəlcə həmin ərazilərin minalardan təmizlənməsi və bərpası işləri, daha sonra isə məskunlaşdırılması, məcburi köçkünlərin öz yurdlarına qaytarılması prosesi həyata keçirilməlidir. Bütün bunlar isə ən yaxşı halda minimum beş il vaxt tələb edir. Qarşıdakı 5 il ərzində Ağdamda, Füzulidə və ya Qubadlıda hər hansı bir universitetin normal fəaliyyətə başlaması inandırıcı deyil. Ancaq gələcəkdə Bakı Musiqi Akademiyası Şuşaya, Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağdama köçürülə bilər. Ola bilsin, perspektivdə bəzi ali təhsil ocaqlarının, eləcə də kolleclərin işğaldan azad edilmiş rayonlarımızdan hər hansı birinə köçürülməsi üçün hansısa zərurət və ya münbit şərait yaranacaq”.
Ə.Hüseynov paytaxtın Qarabağa, misal üçün, Şuşaya köçürülməsi məsələsini bu cür şərh edib:
“Hesab edirəm ki, biz bu məsələyə münasibət bildirərkən tarixi təcrübəmizdən çıxış etməliyik. 20-ci əsrin əvvəlində də, sonlarında da Qarabağ ermənilər tərəfindən talanlara, terrora, işğala məruz qalıb. Deməli, biz bu təhlükə ilə - erməni təcavüzkarlığı ilə gələcəkdə yenə də üzləşə bilərik. Paytaxtı düşmən ölkə ilə sərhədlərimizə yaxın əraziyə köçürmək gələcəkdə milli təhlükəsizliyimiz üçün potensial risk ehtimalını artırar. Ümumiyyətlə, dünyanın əksər ölkələri bu və ya digər səbəblər üzündən paytaxtı qonşu ölkələrlə həmsərhəd ərazilərdəki şəhərlərdə yerləşdirməkdən ehtiyat edir. Zənnimcə, biz də bu ənənədən çıxış etməliyik. İstisnalar isə əlbəttə, ənənəni dəyişmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Köçəryan Rusiya ilə hədələdi - “Fəlakət olacaq”
13:42 01.06.2026
Region
Ərdoğandan Bakı Enerji Həftəsinə mesaj: Suriyaya qaz tədarükü...
13:22 01.06.2026
Gündəm
Putin Paşinyanın ad gününü üç cümləlik mesajla təbrik etdi
13:06 01.06.2026
Gündəm
Netanyahu Beyruta hücum əmri verdi
12:56 01.06.2026
Dünya
Rusiya aviasiya kerosininin ixracını dayandırıb
12:53 01.06.2026
Dünya
Tramp İranın ABŞ üçün sərfəli razılaşmaya razı olduğunu açıqladı
12:39 01.06.2026
Gündəm
Azad edilmiş ərazilərdə ötən ay 284 mina, 1537 PHS aşkarlanıb
12:27 01.06.2026
Gündəm
“Mənim təmiz şəhərim” adlı təmizlik aksiyası keçirilib
12:17 01.06.2026
Ölkə
Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb
12:10 01.06.2026
Hadisə
BMT Baş katibi Azərbaycan Prezidentini təbrik edib
12:08 01.06.2026
Gündəm
Mayda 85 nəfər zəhərlənib, 2-si ölüb
12:03 01.06.2026
Hadisə
Kristersson: Kanada Avropa İttifaqına üzv ola bilər
11:33 01.06.2026
Gündəm
“Səssiz qatil”ə diqqət: Mütəmadi ölçmək həyatı xilas edir
11:07 01.06.2026
Sağlamlıq
İspaniya Baş naziri istefa tələbini rədd etdi
10:55 01.06.2026
Dünya