Xudafərin körpüsünün strateji ƏHƏMİYYƏTİ: Düşmənə yardımlar dayanacaq ! - AKTUAL ŞƏRH
Banuçiçək Kalbalıyeva
10:17 19.10.2020
Qarabağ
1374
“Xudafərin körpüsünün əsgərlərimizin nəzarəti altına keçməsi İranla əlaqəni kəsdi”
“Bildiyiniz kimi, İrandan düşmənə müxtəlif təminat növləri, hətta mən bildiyimə görə, silah-sursat da daşınırdı”
Tarixi romanlar müəllifi Fərman Kərimzadənin “Xudafərin körpüsü” əsərini oxuyarkən adətən dərin bir ah çəkir, kitabın üz qabığındakı fotoya həsrətlə baxırdıq. Nəhayət, intizar bitdi. Əsrlər əvvəl tarixi Azərbaycan dövləti- Səfəvilərin nəzati altında olan körpüdə yenə də azərbaycanlılar addımlayacaq. Təbii ki, şücaətli ordumuza dualar, alqışlar edərək.
Məlum olduğu kimi, dünən Azərbaycan Silahlı Qüvvələri daha bir ərazini- Xudafərin körpüsünü düşməndən azad etdilər. Bu barədə cənab prezident, Ali baş komandan İlham Əliyevin yazdığı “Tvit”lə sanki ürəyimizə su səpildi. Hələ 1027-ci ildə tikilən körpü, nəhayət, öz tarixi sahiblərinə qayıtdı. Gözün aydın, Azərbaycan!
Ordumuzun sözügedən uğuru barədə “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bu ərazinin əhəmiyyətindən söz açıb:
“Xudafərin körpüsünün azad edilməsi ilk növbədə mənəvi-psixoloji üstünlükdür. Bu amil hətta silah-sursat tədarükündən də vacibdir. Çünki silahı da inamla idarə etmək lazımdır. Ordumuz indi özünə daha çox inanır.
Bu isə düşməndə panika və qorxu ilə nəticələnir. Erməni hərbçiləri, hətta xüsusi təyinatlı qüvvələri də artıq geri çəkilir, döyüşə girməkdən imtina edirlər. Bu, bizim mənəvi- psixoloji üstünlüyümüzün əsas təzahürüdür.
İkinci bir tərəfdən bildirim ki, hərbi əməliyyatlar plan üzrə gedir. Bir yerin düşməndən təmizlənməsi başqa bir əraziyə girməyimiz üçün şərait yaradır. Hər halda ordumuz artıq yeni istiqamətlər üzrə irəliləyir”.
Ş.Ramaldanov, həmçinin başqa bir məqama da aydınlıq gətirib:
“Biz adətən sağ və sol cinaha eyni dərəcədə diqqət göstəririk. Amma sol cinahda artıq xeyli irəliləmişik. Xudafərin körpüsünün əsgərlərimizin nəzarəti altına keçməsi İranla əlaqəni kəsdi. Bildiyiniz kimi, İrandan düşmənə müxtəlif təminat növləri, hətta mən bildiyimə görə, silah-sursat da daşınırdı. İndi bunun qarşısı alınacaq.
Deməli, biz həm də sağ cinahımızı daha da möhkəmləndirməyə imkan qazanmışıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya