Ekspertdən nazirə dəstək: Hər yerindən duran doktorluğunu müdafiə edir
10:35 27.05.2024
Elm və Təhsil
617
Əslində, şəxsən mən 5 il ərzində məqalə yazmayan adama alim deyə bilmirəm. Bunu təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda çıxışı zamanı deyib.
“Kimsə özünü elm adamı kimi təqdim edəndə, birinci onun yazdıqlarına baxıram. Əgər kimsə 5 il ərzində heç nə yazmayıbsa, mən ona alim deyə bilmirəm. Alim olmaq ortaya məqalə qoya bilmək və başqalarının da bu məqalədən faydalana bilməsi deməkdir”, - nazir qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda yaxşı tədqiqat forması yaratmaq istəyiriksə, doktrantura proqramlarımıza yenidən baxılmalıdır:
“Hər hansı yeni tədqiqat təlimi aparmırlar, sadəcə bir mövzu götürüb onu da yazırlar. Tədqiqat işini aparmaq, öz sahəsinin mövzularını öyrənmək üçün ən azı 2-3 il geniş hazırlıq görülməlidir deyə düşünürəm. Bizdə doktrantura proqramları zəifdir. Düşünürəm ki, ölkəmizdə doktranturada alətlərlə bağlı məhdudiyyətlər olur. Doktrantura ali təhsil səviyəsinin növbəti pilləsidir”.
Cənab nazirin fikirləri ilə təmamilə razı olduğunu deyən təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, son dövrlər ölkədə tədqiqat işləri aparan, məqalələr yazanlar barmaqla sayılacaq qədər azdır:
"Əksəriyyəti şablon formada hər hansısa məqalənin və ya tədqiqat işinin üzərində dəyişiklik edərək elmi ad alır. Digər tərəfdən onları da qınamaq olmaz. İstərdik ki, müdafiə edən şəxslərə maliyyə vəsaiti ayrılsın. Çünki tədqiqat işlərini aparmaq üçün pul olmalıdır. Bununla xarici mənbələrdən ümumiləşdirmələr aparmaq, dolğun yazmaq mümkündür. Problem həll olunsa, artıq tədqiqat işlərinin sayında irəliləyişlər əldə edəcəyik. Paralel olaraq, nəzarət mexanizmi olmalıdır. Təbii ki, plagiatlığın qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Ancaq böyük əksəriyyət hər hansı mövzu üzərində dəyişiklik edib işini təqdim edirlər. Hər yerindən duran doktorluğunu müdafiə edir. Bir sözlə, elmi dərəcə almaq istəyənlərin tədqiqat işi dəqiq araşdırılmalıdır. Bu olduqca vacib nüansdır. Qarşıdakı dövrdə kimlərsə bundan faydalana və həmin tədqiqat işi beynəlxalq səviyyədə qiymətləndirilə bilər. Doktorantura proqramlarında dəyişikliyin olması olduqca vacibdir. Ona görə ki, hazırkı proqramda köhnə sovet ənənələri var. Bunu tam yeni sistem əsasında qurmaq lazımdır. Həmçinin, xarici universitetlərin təcrübələrindən yararlana bilərik. Məsələn, Amerika, Yaponiya modelindən istifadə etmək məqsədəuyğundur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual