MSK Natiq Cəfərlinin müraciətiylə bağlı qərar qəbul edib
MSK Natiq Cəfərlinin müraciətiylə bağlı qərar qəbul edib
12:23 12.09.2024
Siyasət
391
Növbədənkənar parlament seçkilərində 33 saylı Xətai Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Natiq Cəfərlinin müraciətinə baxılıb.
APA xəbər verir ki, müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Ramiz İbrahimov məlumat verib.
O bildirib ki, o müraciətində dairə seçki komissiyasının ləğv edilməsini və dairə üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını istəyib: “Namizəd araşdırmaya gəlməyib. Namizəd tərəfindən təqdim edilən müraciətdə bülletenlərin seçki qutusuna atılmasını normal izləyə bilməmələri, protokolların imzalanmadan və möhür vurulmadan verilməsi, bülletenlərin sol küncünün əvvəlcədən kəsilmiş olduğu və s məsələlər göstərib. Müəyyən edilib ki, namizəd tərəfindən 40 seçki məntəqəsində pozuntu olduğu iddia edilsə də, 7 seçki məntəqəsi üzrə tərtib edilən aktlar şikayətə əlavə olunub. İddia edilən pozuntuların baş vermədiyi, müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərə lazımi şərait yaradıldığı müxtəlif partiyaların müşahidəçilərindən alınan izahatlarda öz əksini tapıb. Namizəd tərəfindən hazırkı şikayətə əlavə edilmiş elektron daşıyıcıda 5 seçki məntəqəsindən 10 videogörentü təqdim edilib. 1, 24, 25 saylı seçki məntəqələrində səsvermə kabinələrindən 2 nəfərin çıxması müşahidə edilir. Araşdırma zamanı müəyyən edilib ki, onlardan biri səs verən digəri isə ona kömək edən şəxsdir və videoda da görünür ki, qutuya yalnız 1 bülleten atılıb. Aparılmış araşdırma ilə müəyyən edilir ki, dairə seçki komissiyası düzgün qərara gəlinib və müraciət təmin edilməməlidir”.
Məsələ səsverməyə çıxarılıb və DSK-nın qərarı qüvvədə saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur