Natiq Cəfərli: Avtobus və metroda gediş haqqının çevik, differensianal olması lazımdır
08:02 24.09.2024
Sosial
635
Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir – Azərbaycan Dəmir Yolları bilet qiymətlərinə beynəlxalq təcrübədə olan yanaşma tədbiq etməyə başlayır.
Rəsmi məlumata görə, şəhərlərarası qatar biletlərində öncədən alanda 15% endirim, bank kartı ilə bilet əldə edəndə əlavə daha 3% "cash back" tədbiq ediləcək. Bundan başqa, qatarlara satılan biletlərin sayı az olanda, gün ərzində əlavə qiymət endirimləri olacaq.
Uzun illərdir ki, nəqliyyat sektorunda məhz belə yanaşma təklif etdiklərini xatırladan Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında deyib ki, avtobus və metroda gediş haqqının çevik, differensianal olması lazımdır:
“Bizdə, nədənsə, avtobul və metroda gediş haqqı kimi birdəfəlik bilet qiyməti əsas götürülür, qiymət birdə istifadə üçün müəyyənləşdirilir – çox geridəqalmış və mənasız, hətta ziyanlı yanaşmadır.
Dünyanın inkişaf etmiş ölkələrində saatlıq (gün ərzində bir neçə saatlıq da olur), bir neçə günlük, aylıq, 6 aylıq və illik biletlər mövcuddur. Birdəfəlik gediş biletləri tədbiq edilmir və nə qədər uzun zamanlı bilet alırsansa, gediş üçün bir o qədər az ödəyirsən. Məsələn, Praqada yerüstü şəhəriçi nəqliyyatın bütün növlərindən istifadə üçün 1 saatlıq bilet qiyməti, təxminən, 1 avrodan bir az çoxdur (təqribən, 1 manat 90 qəpik) – yəni, 1 saat ərzində sərnişin metro, avtobus, tramvaydan bir neçə dəfə istifadə edə bilər. Amma siz 1 aylıq bütün növ nəqliyyatdan istifadə üçün bilet alsanız 22 avro ödəmiş olacaqsınız (təqribən, 42 manat), əgər 1 illik bilet almaq istəsəniz 145 avro ödəmək lazımdır (təqribən, 275 mant). Yəni, Azərbaycana proyeksiya etsək, gündə 3-4 dəfə nəqliyyatdan istifadə etməyə məcbur olan Bakı sakini, 1 illik bileti günü 75 qəpiyə alacaq ki, bu da bir gedişi 18 qəpik edəcək. Hə, mən onu demirəm ki, bizdə də illik bilet 275 manat olmalıdır, xeyir, Praqa sakininin orta aylıq maaşı Bakı sakininin orta aylıq maaşından 2-3 dəfə çoxdur, bizdə illik bilet 160-170 manat olmalıdır ki, bu da günü 45 qəpiyə, gündə 3 dəfə nəqliyyatdan istifadə etsə, bir gediş haqqı 15 qəpiyə düşəcək”.
Praqada 0-6 yaş arası uşaqlara nəqliyyatın pulsuz olduğunu vurğulayan REAL sədri qeyd edib ki, 6-18 yaş arası, tələbələr və təqaüdçülər üçün isə yuxarıda yazdığım qiymətlərə 50% endirim olur:
“İllərdir dinamik qiymət təklifi ilə çıxış etsək də, metro-avtobus sahəsini idarə edənlər eşitmirlər, görmürlər, tədbiq etmirlər. Ümid edək ki, Dəmir Yollarının tədbiq etdiyi yeni yanaşmadan onlar da dərs çıxarıb geridəqalmış qiymət siyasətlərini dəyişəcəklər...”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Yuxarı Lars” keçidi yük avtomobilləri üçün açıldı
14:04 20.11.2026
Region
“Kimyəvi silah” iddiası ilə işğala zəmin hazırlanır
14:00 20.11.2026
Dünya
AMEA-nın strukturunda dəyişiklik edilib
13:26 20.11.2026
Elm və Təhsil
Ağdamın əsl dirçəlişi indi başlayır - ŞƏRH
13:21 20.11.2026
Gündəm
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
12:59 20.11.2026
Media
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
12:49 20.11.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
12:25 20.11.2026
Gündəm
SEPAH: Döyüşə hazırıq, coğrafi məhdudiyyət olmadan vuracağıq
12:15 20.11.2026
Dünya
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə