Şimali Koreyadan ABŞ-yə xəbərdarlıq: Cavab verəcəyik!
Yusif Nəzərli
14:36 22.02.2025
Siyasət
293
Şimali Koreyanın Müdafiə Nazirliyi bir sıra açıqlama verib. Açıqlamada ABŞ və müttəfiqlərinin hərbi təxribatlarının hazırkı Tramp administrasiyası dövründə daha aydın göründüyü bildirilib.
Publika.az xəbər verir ki, nazirliyin media idarəsinin adı açıqlanmayan rəhbəri Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən son birgə hərbi təlimlərə və ABŞ-nin Cənubi Koreyadakı hərbi mövcudluğuna istinad edərək bildirib ki, Vaşinqton və təsir dairəsi Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) təhlükəsizlik mühitini təhdid edir.
“Biz düşmənlərin strateji təhlükəsinə öz strateji alətlərimizlə cavab verəcəyik”, - deyə Pxenyanın hərbi fəaliyyətini davam etdirəcəyinə söz verilib.
Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, “B-1B” strateji bombardmançısının iştirakı ilə ABŞ-lə birgə hava təlimi keçirilibb. Şimali Koreya uzun müddətdir ki, bu hərbi təlimləri müharibəyə hazırlıq kimi pisləsə də, Seul onların yalnız müdafiə məqsədi daşıdığını deyir.
Qeyd edək ki, Münhendə ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Trampın Ağ Evə qayıtmasından sonra ilk belə səviyyəli görüş keçiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm
ABŞ Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb
12:30 27.05.2026
Gündəm
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
12:21 27.05.2026
Cənubi Qafqaz
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
12:02 27.05.2026
Cəmiyyət