
Hər gün bir addım irəli: Nüfuzlu qardaşların gələcək planları genişdir
05:37 06.03.2025
Siyasət
413
Türkiyənin marağı Azərbaycanı, Azərbaycanın marağı isə Türkiyəni qane edir
Azərbaycan və qardaş Türkiyənin əlaqələri milli maraqlarla yanaşı, yüksək mənəvi dəyərlərə dayanır. Türkiyənin marağı Azərbaycanı, Azərbaycanın marağı isə Türkiyəni qane edir. Belə münasibətə beynəlxalq arenada çox az təsadüf edilir. Azərbaycan-Türkiyə əlaqələri həm də regional və qlobal təhlükəsizliyə töhfə verir. Bu əməkdaşlıq üçüncü tərəfə qarşı nəinki tuşlanmır, əksinə, bütün üçüncülərin bu münasibətdən faydalanmasına şərait yaradır. İki ölkə bir sıra enerji və nəqliyyat layihələrinə ev sahibliyi edir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərləri Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığının başqa tərəflərə faydasını təsdiqləyən layihələrdir. Trans Anadolu Qaz Boru Kəməri layihəsi Azərbaycandan başlayaraq təbii qaz Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. “Mavi yanacağı" Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Bu layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. 2020-ci ildə kəmərlə 16 mlrd. kubmetr, 2023-cü ildə isə 23 mlrd. kubmetr qaz nəql olunub. 2026-cı ildən isə kəmərlə “mavi yanacağın" nəqlinin 32 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulub. TAP layihəsi də Azərbaycan və Türkiyənin dünyanın enerji daşıyıcılarının təhlükəsiz təminatına verdiyi daha bir önəmli layihədir. İki ölkə arasında iqtisadi əlaqələr durmadan artmaqdadır. Məsələn, ötən ilin əvvəlində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 475 milyon 522 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin uyğun dövrünə nisbətən 18,4 faiz çoxdur. Hesabat dövründə Azərbaycanın Türkiyədən idxal etdiyi məhsulların dəyəri 170 milyon 484 min ABŞ dolları, Türkiyəyə ixrac olunan məhsulların dəyəri 305 milyon 38 min ABŞ dolları olub. Bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 6,8 faiz az və 39 faiz çoxdur. Türkiyə ilə Azərbaycan arasında xarici ticarət həcmi əvvəlki ilə nisbətən 31 faiz artaraq 2023-cü ildə 7,65 milyard dollara çatıb. Türkiyə İtaliyadan sonra Azərbaycanla ən çox ticarət aparan ikinci ölkə olub. Azərbaycanla Türkiyə ticarət əlaqələrini 15 milyard dollara çatdırmağı hədəfləyir. Martın 5-dən Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair saziş qüvvəyə minib. Bu sənəd Bakı ilə Ankara arasında enerji sektorunda birgə investisiyalar üzrə əməkdaşlığı nəzərdə tutur. Saziş İğdır-Naxçıvan kəməri vasitəsilə Naxçıvana təbii qazın təchizatını da nəzərdə tutur.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında deyib ki, İğdır-Naxçıvan qaz kəməri regionun enerji təhlükəsizliyinə töhfə verəcək. Deputatın sözlərinə görə, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın mavi qaza olan tələbatının bir mənbədən asılılığının aradan qaldırılması baxımından vacibdir:

"Kəmər vasitəsilə Naxçıvana ildə 750 milyon kubmetrə yaxın mavi qaz nəql ediləcək, daha sonra mavi qazın illik həcmi iki dəfə artırılacaq, bu da Naxçıvanın artan tələbinin ödənilməsinə imkan yaradacaq. Kəmərin əsas üstünlüyü Naxçıvanda mavi qaza olan tələbin fasiləsiz ödənilməsinin təmin edilməsi və Naxçıvanın enerji təhlükəsizliyinin formalaşdırılmasıdır. Bundan əlavə, Naxçıvan tam olaraq mavi qazı qardaş Türkiyə vasitəsilə alacaq, bu da asılılığı aradan qaldırmış olacaq. Digər tərəfdən, bu cür kəmərlərin çəkilməsi regionda enerji təminatı baxımından vacibdir. Hətta bu layihə bütövlükdə regionun enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirilir. Gələcəkdə, xüsusilə, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra region üçün xüsusi töhfəsi olacaq. Kəmər həm də Azərbaycan və Türkiyə arasında münasibətlərin dərinləşməsini göstərən əsas layihələrdən biri kimi çıxış edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kann kinofestivalının qalibləri onlardır
08:20 25.05.2026
Mədəniyyət
Sarımsaq sevərlərə pis xəbər
07:51 25.05.2026
Maraqlı
Çia toxumunun faydaları
07:17 25.05.2026
Sağlamlıq
Apple 10 ildən sonra ilk dəfə telefon qiymətlərini qaldırır
06:44 25.05.2026
Texnologiya
ABŞ hərbi təyyarəsi Avropa üzərində qəza siqnalı verdi
06:06 25.05.2026
Dünya
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual