
Cənubi Qafqaz strateji əhəmiyyətinə görə Trampın maraq dairəsində olmaya bilməz -ŞƏRH
12:45 14.03.2025
Cənubi Qafqaz
572
Stiven Uitkoffun Bakıya enməsi doğru məlumatdırsa, demək Ağ Ev fürsətdən istifadə edərək əlverişli məqamı əldən qaçırmayıb
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvanı tərk edib.
Bu barədə "Flightradar" portalının məlumatında qeyd olunur.
Xidmətin məlumatına görə, Stiven Uitkoffun olduğu təyyarə Moskva vaxtı ilə saat 01:54-də hava limanından havaya qalxaraq cənuba istiqamət alıb. Həmin təyyarənin Bakı vaxtı ilə saat 05:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına endiyi qeyd olunur.
Politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, Stiven Uitkoff Donald Trampın ən etibar etdiyi adamlardan biridir və ona çox həssas məsələlərlə bağlı tapşırıqlar verir:

“Hesab edirəm ki, Stiven Uitkoffa Moskvaya çatdırması üçün Rusiya istiqamətindən çox ciddi mesajlar tapşırılıb. Burada ilk sırada olan məsələ Ukrayna böhranı və həll yolunun müzakirəsidir. İlk gündən Moskvanın Tramp və Zelenskinin danışıqları ətrafında qəbul olunan qərarlarla bağlı heç vaxt birmənalı razılıq verməyəcək. Ona görə də faktiki olaraq bu məsələylə bağlı konsensusun tapılması kifayət qədər vaxt aparacaq. Stiven Uitkoff Amerikadan mesajlar gətirdiyi kimi Rusiyadan da müəyyən fikirləri geri qaytaracaq. Bəzi ekspertlər deyirdilər ki, Donald Trampı Cənubi Qafqaz maraqlandırmayacaq. Lakin Cənubi Qafqaz öz mahiyyətinə və strateji əhəmiyyətinə görə Trampın maraq dairəsində olmaya bilməz. Düzdür, Amerika bir qədər Azərbaycanda fəaliyyətini dayandırıb. Amma Stiven Uitkoffun Bakıya enməsi doğru məlumatdırsa, demək Ağ Ev fürsətdən istifadə edərək əlverişli məqamı əldən qaçırmayıb. Bakı Avrasiya məkanının ən yaxşı paytaxtlarından biridir. Digər tərəfdən isə Qərbi Asiyanın yerləşdiyi yerlərdə qərar tutduğu şəhər kimi beynəlxalq səviyyəli danışıqlar baş tutur. Bakı təkcə danışıqlar meydanı təqdim etmir, eyni zamanda bir çox vacib məsələlərdə iştirakı mövcuddur. Bunlarla bağlı Amerikanın öz mövqeyi var və İlham Əliyevin diqqətinə çatdırmaq niyyətindədirlər. Yaxın zamanlarda sözügedən məsələylə bağlı daha dəqiq məlumatlar əldə edəcəyik. Azərbaycan enerji və təhlükəsizlik məsələsində də Amerikayla sınanmış müttəfiqliyə malikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı