Sırrı Süreyya Öndərin vəziyyəti hələ də qeyri-müəyyəndir

Türkiyə Böyük Millət Məclisinin sədr müavini, DEM partiyasının üzvü Sırrı Süreyya Öndərin vəziyyəti qeyri-müəyyən olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə onun həkimi, kardioloq Ertağ Sağbaş danışıb.

Sağbaş vəziyyətin hələ də ciddi olduğunu bildirib: “Xəstənin bu vəziyyətdə qalması belə möcüzədir. Ümidimiz var, ancaq bu ümid zəif ümiddir”.

Qeyd edək ki, S.Süreyya aprelin 15-ində aorta damarının yırtılması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.