ING: Ermənistanla münasibətlərin normallaşması Azərbaycana xarici investor marağını artıracaq
10:02 11.07.2025
İqtisadiyyat
414
Ermənistanla münasibətlərin normallaşması Azərbaycana yeni investisiya imkanları aça bilər.
“APA-Economics” xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group”dan bildirilib.
Bildirilib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi beynəlxalq investorlar tərəfindən müsbət siqnal kimi qiymətləndirilir.
Analitiklər hesab edirlər ki, bu proses davam edərsə, ölkəyə xarici kapital axınında artım müşahidə oluna bilər.
Moody’s beynəlxalq reytinq agentliyi, Fitch-in ardınca, Azərbaycana “Baa3” səviyyəsində investisiya reytinqi verib və müsbət proqnoz açıqlayıb. Agentlik bu qərarını fiskal və xarici ehtiyat buferlərinin güclənməsi, eləcə də diplomatik münasibətlərin inkişaf potensialı ilə əsaslandırıb.
Bununla belə, ölkənin ticarət balansı neft bazarındakı dəyişkənlik fonunda zəifləyir. 2025-ci ilin may ayına qədər olan 12 ayda Azərbaycanın xarici ticarət profisiti 2,7 milyard dollar təşkil edib. Bu göstərici 2024-cü ildə 5,5 milyard dollar, 2023-cü ildə isə 16,6 milyard dollar idi.
Analitiklərin hesablamalarına görə, neftin hər barel qiymətindəki 1 ABŞ dolları dəyişiklik Azərbaycanın illik yanacaq ixracında təxminən 350 milyon dollar fərq yaradır. Bu, neft bazarındakı dalğalanmaların ölkənin ticarət göstəricilərinə nə dərəcədə həssas olduğunu nümayiş etdirir.
“Bununla belə, kapital axınlarının güclənməsi və xarici reytinqlərin müsbətə doğru dəyişməsi cari təzyiqləri yumşaldır. Moody’s və Fitch tərəfindən verilən investisiya səviyyəli reytinqlər, Azərbaycanın beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir”, - “ING Group” əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual