ŞƏT-də Ermənistana iki ölkə veto qoyubmuş – Biri Pakistandır, digəri...
11:20 04.09.2025
Dünya
307
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində Ermənistanın bu beynəlxalq təşkilata üzvlüyünə Pakistanla yanaşı, Belarus da veto qoyub.
Teleqraf xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Almaniya nəşri bildirib ki, Ermənistanın məqsədi ŞƏT-ə üzvlük olsa da, bunun yolu çətindir:
“Sammit çərçivəsində danışıqların əsas mövzularından biri Ermənistanın ŞƏT-in tamhüquqlu üzvü statusu almaq istəyi olub, amma bu yol o qədər də hamar deyil. İrəvanın namizədliyi Belarus və Pakistan tərəfindən dəstəklənməyib. Maraqlıdır ki, İslamabadın bu addımı Ermənistan və Pakistanın tarixdə ilk dəfə eyni sammit çərçivəsində diplomatik əlaqələr qurmasından bir gün sonra baş verib. Pakistan Azərbaycanla sıx müttəfiq olduğu üçün Ermənistanın müstəqilliyini tanımayan dünyada yeganə ölkə idi”.
Belarusa gəlincə, alman nəşri Minskin qərarını son bir ildə Ermənistanla münasibətlərin gərgin olması ilə əlaqələndirib.
Xatırladaq ki, Hindistan ŞƏT-in avqustun 31-də Çinin Tiencin şəhərində keçirilən sammitində Azərbaycanın bu quruma üzvlük müraciətinə veto qoyub. Pakistan da buna cavab olaraq, Ermənistan üçün eyni addımı atıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm