Paşinyanın Moskva səfəri Qərb və Rusiya arasında balans axtarışıdır? -RƏY
12:53 25.09.2025
Region
402
Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Baş nazir Moskvada keçiriləcək "Beynəlxalq Atom Həftəsi" konfransında iştirak edəcək.
Qeyd edək ki, son aylarda Ermənistan-Rusiya münasibətləri müəyyən gərginliklə müşahidə olunurdu. Bu baxımdan, Paşinyanın Moskva səfəri iki ölkə arasında dialoqun davam etdirilməsi və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından diqqət çəkir. Ekspertlərin fikrincə, həm konfrans çərçivəsində, həm də ikitərəfli danışıqlarda əldə olunacaq nəticələr Yerevan-Moskva xəttindəki gələcək münasibətlərin istiqamətini müəyyən edə bilər. Bundan başqa, Ermənistanın Qərblə yaxınlaşma cəhdlərinin fonunda Rusiya ilə münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi xüsusilə maraq doğurur.
Politoloq Aytən Qurbanova Sherg.az-a deyib ki, Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri paralel olaraq, Moskva ilə artan siyasi təmaslar və Ermənistanın beynəlxalq sistemin müxtəlif güc mərkəzləri ilə əlaqələrini genişləndirməyə yönəlmiş addımları Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar kontekstində diqqətlə izlənir:
"Vaşinqton görüşündən sonra sülh prosesində konkret və aydın addımların atılması gözlənildiyi bir məqamda Ermənistanın müxtəlif güc mərkəzləri arasında siyasi balans yaratmaq cəhdləri daxili ictimai rəyə və beynəlxalq ictimaiyyətə hesablanmış taktiki yanaşma kimi qiymətləndirilə bilər. Bu isə Ermənistanın sülh prosesinə dair öhdəliklərinə nə dərəcədə sadiq qaldığı ilə bağlı haqlı sualların yaranmasına səbəb olur. Eləcə də, Ermənistanın müxtəlif beynəlxalq platformalarda fəallıq nümayiş etdirməsi və aparıcı dövlətlərlə əlaqələrini məöhkəmləndirmək cəhdləri onun qlobal sistemdə sülhü dəstəkləyən dövlət obrazı yaratmaq niyyətinin göstəricisi kimi nəzərdən keçirilə bilər. Lakin bu cəhdlərin real və davamlı nəticələr verməsi üçün ilk növbədə səmimi, ardıcıl və praqmatik siyasi iradənin nümayiş etdirilməsi mütləqdir. Ona görə də, Ermənistan regional sabitliyin və davamlı sülhün təmin olunmasında həqiqətən maraqlıdırsa, qətiyyətli mövqeyə əsaslanan konstruktiv yanaşma nümayiş etdirməli və qeyri-müəyyən siyasi manevrlərdən çəkinməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya