
ASAN Xidmət “Problemlərin həll edilməsi nazirliyi”nin prototipidir -AÇIQLAMA
12:31 13.10.2025
Ölkə
900
Milli Məclisin ötən iclasında deputat Fazil Mustafa maraqlı təkliflə çıxış edib. O bildirib ki, vətəndaşların gündəlik həyatında qarşılaşdığı müxtəlif problemlərin daha operativ və səmərəli həll edilməsi üçün ayrıca bir “Problemlərin həll edilməsi nazirliyi” yaradılmalıdır. Deputat vurğulayıb ki, hazırda ayrı-ayrı nazirlik və dövlət komitələri arasında vətəndaşlar sadə məsələlərin həlli üçün çox vaxt itirirlər.
Fazil Mustafa həmçinin Prezidentin təşəbbüsü ilə yaradılan ASAN xidmət modelini vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunduğu uğurlu mexanizm kimi qiymətləndirib. Onun sözlərinə görə, bu model insanları bir çox hallarda korrupsiya hallarından uzaqlaşdırıb və vaxt itkisini minimuma endirib. Deputat əlavə edib ki, “ASAN xidmət” qısa və yaddaqalan adı ilə, eyni adlı digər qurumlardan fərqli olaraq, hər zaman vətəndaş məmnunluğu baxımından öndədir.
Milli Məclisin deputatı Azər Allahverənov isə “Sherg.az”a açıqlamasında bildirib ki, Fazil Mustafanın təklif etdiyi “Problemlərin həlli nazirliyi” əslində ASAN Xidmətin yaradılmasından əvvəl formalaşdırılması zəruri olan bir qurum idi:

“Fazil Mustafa bu fikri hələ ASAN Xidmət fəaliyyətə başlamazdan əvvəl də səsləndirmişdi. O dövrdə müxtəlif dövlət qurumları arasında get-gəllər yaşayan vətəndaşlar yaranan narazılıq səbəbindən məmnun qalmırdılar.
Lakin ASAN Xidmətin yaradılması ilə bu problem əsasən aradan qalxdı. Artıq bir qurum çərçivəsində vətəndaş müraciətləri koordinasiya olunur və müvafiq qaydada həll edilir. Məncə, ASAN Xidmət Fazil Mustafanın təklif etdiyi nazirliyin bir növ prototipidir”.
A.Allahverənovun fikrincə ASAN Xidmətin fəaliyyəti sayəsində dövlət-cəmiyyət münasibətləri kontekstində vətəndaş məmnunluğu kifayət qədər yüksək səviyyəyə çatıb:
“Süründürməçilik, bürokratik əngəllər və subyektiv yanaşmaların qarşısı alınıb. Bu model həmçinin beynəlxalq müstəvidə də böyük maraq doğurur. Bir çox ölkələr Azərbaycan brendi sayılan ASAN Xidmət təcrübəsini öyrənir və tətbiq etməyə çalışır. Onu da deyim ki, hazırda bəzi fəaliyyət növləri hələ də müxtəlif qurumlar tərəfindən icra olunur. Lakin ASAN Xidmətin imkanlarının genişləndirilməsi sayəsində bu xidmətlərin də mərhələli şəkildə ASAN Xidmətə verilməsi planlaşdırılır. Bu da vətəndaşlara dövlət xidmətlərindən vahid ünvanda, daha səmərəli şəkildə yararlanmaq imkanı yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual