55 əsgər 3 günə tikdi: Adı “Kaan” oldu

Hakkari bölgəsində torpaq sürüşməsi nəticəsində bağlanan Hakkari-Van avtomobil yolunda alternativ marşrutun əsas yola birləşdirilməsi üçün Türkiyə ordusu tərəfindən 39 metrlik “Kaan Körpüsü” tikilib.

Sherg.az xəbər verir ki, 55 hərbçinin iştirakı ilə cəmi 3 günə inşa olunan körpünün uzunluğu 39 metr, eni 3,5 metr, daşıma qabiliyyəti isə 37 tondur. Körpünün istifadəyə verilməsi ilə bölgədə nəqliyyatın yenidən bərpa olunacağı bildirilib.