
Araşdırmaçı: İran sərhəddində ABŞ təlimatçıları cildində kəşfiyyatçıları görməkdən narahatdır
09:59 15.01.2025
Region
684
“Gələn həftə biz Ermənistana sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olacaq xüsusi qrup göndərəcəyik”. Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib. Diplomatik dildən normal dilə tərcümə edək: Yəni gələn həftə ABŞ xüsusi xidmət orqanları Ermənistan sərhədində rəsmən işləyəcək. Bu sözləri erməni politoloq Arman Abovyan ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması haqda qeyd edib. O bildirib ki, bu, İrana hücuma hazırlaşan ölkənin xüsusi xidmət orqanıdır. İndi gəlin birlikdə düşünək ki, iranlılar Amerika hərbi agentlərinin onların sərhədinin ən mühüm yerində peyda olmasına necə reaksiya verəcəklər. Başa düşə bilmirəm ki, Ermənistan hakimiyyəti saxta AB referendumu və ABŞ-la “strateji xartiya” imzalamaqla niyə belə panik formada Ermənistanı intihara sürükləmək qərarına gəlib.
Araşdırmaçı-jurnalist Asəf Quliyev “Sherg.az”a bildirib ki, ABŞ-Ermənistan xartiyasının imzalanmasının səbəblərindən biri də məhz İran amili idi:

“Digər mühüm məqamın isə Rusiya ilə bağlı olduğu da sir deyil. Axı bu gün Ermənistanın bütün sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhəd Qoşunları qoruyur. ABŞ-nin belə bir addımı həm İranda, həm də Rusiyada birmənalı qarşılanmayacaq və müəyyən təzyiqlərin şahidi olacağıq. Çünki, İran öz sərhəddində ABŞ təlimatçıları cildində kəşfiyyat mənsublarını görməkdən ciddi narahatdır. Amma dediyim kimi Rusiya da ciddi narahatlıq keçirəcək. Çünki üzdə görünən ilkin məqsəd Ermənistanda sərhədi qoruyacaq yeni kadrların yetişdirilməsi, infrastrukturun qurulmasıdır ki, bu da Rusiya hərbi kontingentinin sıxışdırılması ilə müşayiət oluna bilər. Güman edirəm ki, bu məsələdə Rusiya və İran birgə hərəkət edəcək. Bu açıqlamanın arxasında da elə məhz Rusiya dayanır. Çünki Rusiyanın Ukraynadakı müharibə səbəbindən resursları məhduddur və buna görə də İranı qıcıqlandırmaq üçün təbliğat maşınını işə salıb. Həm Rusiyadan, həm də İrandan bunula bağlı Ermənistana hansı təzyiqlərin olacağını isə indidən proqnozlaşdırmaq çətindir. İndiki məqamda bu ancaq iqtisadi təzyiqlər ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm