Gürcüstanın Baş nazir İrakli Kobaxidze Ermənistan Respublikasına səfər edib. O, səfər çərçivəsində Avropa Siyasi Birliyi Sammiti-nin 8-ci toplantısında iştirak edəcək.
24News.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb
Ermənistan Beynəlxalq Hava Limanında Gürcüstan hökumətinin başçısını Ermənistan parlamentinin sədri Alen Simonyan qarşılayıb.
Bildirilib ki, Baş nazir bu gün Ermənistan Prezidenti Vahagn Xaçaturyan və Baş nazir Nikol Paşinyan adından Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak edən liderlərin şərəfinə təşkil olunacaq rəsmi qəbulda iştirak edəcək.
İrakli Kobaxidze İrəvana nümayəndə heyəti ilə səfər edib. Heyətin tərkibinə Gürcüstanın vitse-prezidenti və xarici işlər naziri Maka Boçorişvili, həmçinin Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianı daxildir.