Bu, Türkiyəyə milyardlar qazandırdı - Ərdoğan

"Sıfır Tullantı Hərəkatı" Türkiyə iqtisadiyyatına 365 milyard lirə (7 milyard 939 milyon 270 min ABŞ dolları) qazandırıb.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda təşkil olunan "Sıfır Tullantı Forumu"nda çıxışı zamanı deyib.

"BMT-nin hesabatına görə, hazırda dünyanın müxtəlif bölgələrində 43 milyon uşaq aclıqdan əziyyət çəkir", - Ərdoğan bildirib və əlavə edib ki, istehsal olunan qidanın üçdə biri israf edilir.

O, tullantı problemini qlobal təhdid adlandırıb.

Qeyd edək ki, bu sahədə 500-dən çox tərəfdaşı bir araya gətirən platformaya 183 ölkədən 5 mindən iştirakçı qatılıb.